"Yeni hökumət iş başına gələndən Şərqi Azərbaycanda bütün layihələr yarımçıq saxlanılıb"-Millət vəkili

17.09.2022, 06:18

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan hökumətin fəlaiyyətini tənqid edib. Millət vəkili bildirib ki, Rəisi hökumətinin verdiyi vədlərin əksəriyyəti yalan çıxıb.

Gunaz.tv Quote | Gunaz article

Pezeşkiyan yeni hökumətin işə başlaması ilə eyni vaxtda ötən bir il ərzində Şərqi Azərbaycan əyalətində fəaliyyət göstərən layihələrin əksəriyyətinin yarımçıq dayandırıldığını söyləyib.

"Düzgün idarəetmənin olmaması, layihələrin gedişatından xəbəri olmayan insanların gəlişi, podratçıların əmək haqlarının verilməməsi və layihə büdcəsinin ayrılmaması tikinti layihələrinin dayandırılmasına, Urmu gölünün hazırkı acınacaqlı vəziyyətə düşməsinə səbəb olub"-deyə, Məsud Pezeşkiyan bildirib.

O, Urmu gölünün yenidən canlandırması layihəsi çərçivəsində başladılan və işlərinin çoxunun görüldüyü Zab çayından gölə su nəqli kanalının İbrahim Rəisi hökuməti tərəfindən dayandırılmasının qaranlıq məqamlardan biri olduğunu deyib.

Millət vəkili Urmu Gölünün Bərpası Qərargahının Yoxlanılma Qurumunun yaradılmasının əleyhinə olmadığını, ancaq bu işlərin gözdən pərdə asmaq üçün ortaya atıldığını və gölün bərpası üçün real iş görülmədiyini qeyd edib.

Məsələ ilə bağlı "Əmi dərdi deyil zəmi dərdidir" atalar sözünü işlədən Pezeşkiyan, hökumətin son bir ildəki fəaliyyətinin onun Urmu gölünün bərpası və Azərbaycanda yarımçıq qalan layihələrin tamamlanması ilə bağlı iddialarının səmimiliyini şübhə altına aldığını bildirib.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social