SON XƏBƏRLƏR

Həmədanda su böhranı yaşanır: "Problemin həlli üçün 1500 milyard vəsaitə ehtiyac var"-Millət vəkili

2022.02.04, 10:57
Həmədanda su böhranı yaşanır: "Problemin həlli üçün 1500 milyard vəsaitə ehtiyac var"-Millət vəkili

Gunaz.tv

O, problemin həlli üçün 1500 milyard tümən vəsaitin lazim olduğunu deyib.

Əhmədhüseyn Fəllahi Həmədanın içməli su probleminin həlli və böhrandan çıxış yollarının araşdırılması üçün dəfələrlə toplantı keçirdiklərini xatırladıb, son toplantının İran prezidenti İbrahim Rəisinin iştirakı ilə baş tutduğunu qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Həmədan şəhərinə çəkilən su kəmərinin 10 kilometrinin yarlmçıq qaldığı üçün yüz minlərlə insan susuzluqdan əziyyət çəkir.

Bir müddət öncə Həmədan əyalətinin Su və Kanalizasiya Şirkətinin su istismarı üzrə sədr müavini Həmidrza Nikdad mediaya verdiyi açıqlamada yay fəslinin bitməsindən aylar keçməsinə baxmayaraq bölgələrdə quraqlıq və içməli su çatışmazlığının davam etdiyini deyib. 

O, Həmədan da daxil olmaqla əyalətin bir çox bölgələrinin əhalisinin içməli suya olan tələbatının səyyar su tankerləri ilə ödəməyə çalışdıqlarını bildirib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar