SON XƏBƏRLƏR

"Zənganın problemləri barədə qalın kitab yazmaq olar"- Millət vəkili hökumətə səsləndi

2021.11.13, 11:24
"Zənganın problemləri barədə qalın kitab yazmaq olar"- Millət vəkili hökumətə səsləndi

Gunaz.tv

“Zəngan əyalətinin problemlərii saymaqla bitməz və bu çatışmazlıqlar barədə qalın kitab yazmaq olar. Ancaq hal-hazırda əsas istəyimiz əhalinin su probleminin həll olunmasıdır"-deyə, millət vəkili bildirib.

İran prezidenti İbrahim Rəisinin əyalətə səfəri ərəfəsində media nümayəndələri ilə görüşən Mustafa Tahiri Zənganda su çatışmazlığının aradan qaldırılması ilə bağlı layihələrin, o cümlədən Maraş və Bulvin su bəndlərinin tamamlanması üçün vəsait ayrılmasının vacibliyini qeyd edib.

O, həmçinin bildirib ki, bərbad durumda olan əyalət yollarının yenilənməsi və təmiri bölgə əhalisi üçün əhəmiyyət daşıyır. Onun sözlərinə görə,  Zəngan-Qəzvin dəmir yolunun iki zolaqlı edilməsi də olduqca vacibdir.  

Mustafa Tahiri Zəngan əyalətinin banklardan əldə edə bildiyi kreditin ölkədə əyalətlər üzrə ortalamadan daha aşağı olduğunu və bunun istehsal, məşğulluq sahələri və sərmayə dövriyyəsinə mənfi təsir etdiyini bildirib.

C.E     
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar