SON XƏBƏRLƏR

Xalxalda 32 kənd təhsildən kənarda qalıb-Millət vəkili nazirliyi ittiham etdi

2021.10.20, 07:36
Xalxalda 32 kənd təhsildən kənarda qalıb-Millət vəkili nazirliyi ittiham etdi

Gunaz.tv

Seyid Qəni Nəzəri əyalətin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Ərdəbil əyaləti üzrə nümayəndəliyinin məsuliyyətsizliyi ucbatından Xalxalın 32 kəndində mobil telefon əlaqələri və internet şəbəkəsinin olmadığını deyib.

O, bildirib ki, Rabitə Nazirliyinin yerli nümayəndəliyi problemin həlli ilə bağlı yeni tədbirlər görüləcəyi barədə dəfələrlə verdiyi vədə əməl etməyib.

Millət vəkili  internet şəbəkəsi olmayan 32 kənddə dərsdən yayınmaların artdığnı deyib.

O, məktəblərin ümumi internet şəbəkəsinə çıxışının olmadığını, onlin təhsil alan şagirdlərin təhsildən məhrum olduqlarını qeyd edib.

Seyid Qəni Nəzəri oktyabrın 4-də mətbuata verdiyi açıqlamada əlaqədar məsulların bölgədə 200 məktəbin ümumi internet şəbəkəsinə qoşulması barədə iddiaların əsassız olduğunu bildirib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar