SON XƏBƏRLƏR

Millət vəkili qeyri-fars dillərində tədrisi təhlükəli adlandırıb

2021.12.08, 11:48
Millət vəkili qeyri-fars dillərində tədrisi təhlükəli adlandırıb

Gunaz.tv

Ə. Nadiri qeyri-fars dillərdə tədrisin təhlükəli və ölkənin ərazi bütövlüyünə qarşı olduğunu deyib. 

O, üzvü olduğu komissiyanın məktəblərdə qeyri-fars dillərinin tədrisi ilə bağlı son layihəsinin təsdiqinə etiraz edib. 

“Layihənin parlamentdə səsə qoyulduğu gün ezamiyyətdə idim və öncədən belə bir layihənin olmasından xəbərsiz olduğum üçün həmkarlarımla bunu müzakirıə edə bilməmişəm.

Dekabrın 5-də isə bu layihənin müzakirəsi zamanı etiraz əlaməti olaraq komissiyanın iclasını tərk edib və bunun nəticələri ilə bağlı həmkarlarıma xəbərdarlıq etdim”-deyə, nadiri bildirib. 

Millət vəkili bu layihənin icra ediləcəyi təqdirdə İranda təbii dil düzəninin pozulacağını deyib və “cəmiyyət tarixən təbii və özünəməxsus nizama malik ola bilər.

Belə olan halda qanun bu tarixi intizamın qoruyucusu olmalı, asayişi bilərəkdən pozmamalı, süni və eroziv münaqişələr yaratmamalıdır”-deyə, layihəni dəstəkləyənləri ümumi intizamı pozmağa cəhddə günahlandırıb. 

O, fars dilinin zorla tədris olunmadığını, qeyri-fars dillərə qarşı maneələr olmadığını və fars dilinin İranda yaşayan bütün xalqların ana dili olduğunu iddia edib. 

“Dövlət və parlamentin borcu fars dilini qorumaqdır. Hamımız diqqətli olmalı və rəsmi dilin zəifləməsinə yönələn siyasət və qanunların tətbiqinə yol verməməliyik”-deyə, Təhsil, Tədqiqat və texnologiya Komissiyasının sədr müavini qeyd edib. 

Qeyd edək ki, bundan öncə noyabrın 6-da Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi və parlamentin Təhsil, Tədqiqat və Texnologiyalar Komissiyasının başçısı Əlirza Monadi yerli və etnik dillərin 7-10-cü siniflərdə tədris olunmasının lazım olduğunu deyib.

“Təhsil Nazirliyi yeni təhsil ilindən hər bölgənin durumuna uyğun həftədə iki saat yerli və etnik dillərin tədrisi üçün tədbir görməlidir”-deyə, Monadi bildirib.

Bundan öncə noyabrın 17-də Əlirza Monadi İran Parlamentinin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının iclasında ölkənin məktəb və universitetlərində yerli və etnik dillərin tədrisi ilə bağlı İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsinin icrası üzrə ümumi planın üzvlər tərəfindən təsdiq edildiyini söyləmişdi.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar