SON XƏBƏRLƏR

Millət vəkili iranlı qızların dünya şiələri ilə evləndirilməsini təklif edib

2022.06.21, 06:00
Millət vəkili iranlı qızların dünya şiələri ilə evləndirilməsini təklif edib

Gunaz.tv

O, hesab edir ki, bu, dünyada şiə birliyinin möhkəmləndirilməsi və İranda subaylıq probleminin həllinə yardım edəcək.

Deputatın iranlı subay qızların və 30-dan çox yaşı olan boşanmış qadınların ölkə xaricində şiə və müsəlman həyat yoldaşı tapmaları ilə bağlı çıxışı sosial mediada ən çox müzakirə olunan mövzuya çevrilib.

O, deyib ki, siyahıyaalmanın nəticələrinə əsasən, 2016-cı ilə qədər İranda 30 yaşlarında təxminən 1,5 milyon qız və 30-50 yaş arasında 700 min boşanmış qadın var. 

Statistikaya görə, ölkədə onlarla evlənmək istəyən subay kişi yoxdur. Buna görə də Bankipurfərd həmin qadınları başqa ölkələrdəki şiələrlə evlənməyə çağırıb.

Qeyd edək ki, millət vəkilinin bu açıqlaması hökumətin cəmiyyətdə qocalmanın qarşısını almaq üçün uşaq dünyaya gətirməni sürətləndirmək və hicab layihəsi ilə bağlı səylərinin davamı olaraq ifadə olunub.

Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan isfahanlı parlament üzvünün təklifi abırısızlıq adlandırıb və subaylığın, evlənmə sayının azalmasının əsas səbəbinin işsizlik, yoxsulluq və gələcəyə ümidsizlik olduğunu deyib.

O, belə qeyri-adi təkliflər yerinə işsizlik probleminin həlli və gənclərin normal işlə təmin olunaraq gəlir əldə etmələri barədə düşünüb və planlar qurmağı təklif edib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar