SON XƏBƏRLƏR

"Ərdəbildə 70 min işsiz var"- İran parlamentinin üzvü

2022.06.11, 10:10
"Ərdəbildə 70 min işsiz var"- İran parlamentinin üzvü

Gunaz.tv

Seyid Kazım Musəvi bildirib ki, buna səbəb əyalətə sərmayə qoyulmaması və Araz Azad Ticarət Məntəqəsinin açılışının gecikdirilməsi olub.

Ərdəbildə bank sistemi və kreditlərin verilməsində, vəsaitlərin paylaşımında ciddi problemlər yaşandığını deyən millət vəkili bunun vətəndaşları narazı saldığını söyləyib.

O, bununla yanaşı Biləsuvar kömrük keçid məntəqəsində lazimi şərayitin yaradılmamasına, 16 illik layihənin tamamlanmadığına diqqət çəkib.

Musəvi hal-hazırda Ərdəbil şəhəri və ətraf bölgələrində 200 min nəfərin qeyri-standart və infrastruktursuz məhəllələrdə yaşadığını, 70 min insanın işsizlikdən əziyyət çəkdiyini bildirib.

“175 kilometrlik Ərdəbil-Miyana dəmir yolunun təməlatmasından 18 il keç keçməsinə baxmayaraq layihə hələ də tamamlanmayıb. Ərdəbil və ərdəbillilər belə bir münasibətə layiq deyillər” -deyə, millət vəkili gileylənib.

Ərdəbil əyalətinin İdarəetmə və Planlaşdırma Təşkilatının Statistika və İnformasiya üzrə müavini Fəriborz Dehqanın verdiyi məlumata görə, ötən qış mövsümündə ölkə üzrə işsizlik səviyyəsi 9,4 faiz olduğu halda, Ərdəbil əyalətində bu rəqəm 14 faiz təşkil edib və bununlada əyalətdə işsizlik səviyyəsi ölkə üzrə orta səviyyədən 4,6 faiz yüksəkdir.

Keçən mart ayında Ərdəbil rəsmiləri 2021-ci ilin qış mövsümündə işsizlik səviyyəsinin 12 faiz olduğunu bildirmişdi. 

Dehqanın dediyinə görə, Ərdəbil əyalətində işsizlik səviyyəsinə görə ölkənin əyalətləri arasında 5-ci yerdədir. Ərdəbildən əvvəl işsizliyin ən yüksək səviyyədə olduğu əyalətlər müvafiq olaraq Qərbi Azərbaycan, Kirmanşah, Kürdüstan və Loristandır.

Qeyd edək ki, İran mediasında açıqlanan son məlumata görə, yoxsulluq göstəricilərinə görə, Ərdəbil 31 əyalət arasında 6-cı yeri tutur.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar