SON XƏBƏRLƏR

"Şərqi Azərbaycan bütün sahələrdə geriləyib"- Millət vəkili hökumətə səsləndi

2021.10.20, 07:36
"Şərqi Azərbaycan bütün sahələrdə geriləyib"- Millət vəkili hökumətə səsləndi

Gunaz.tv

Millət vəkili deyib ki, geriləmə iqtisadiyyatın əksər sahələrində, o cümlədən, sənaye və mədən sənayesində özünü daha qabarıq göstərir.

O, bildirib ki, bu durum Şərqi Azərbaycana yaraşmır və əyalət özünün layiq olduğu yerə qaytarılmalıdır.

Azərbaycanın tarix boyu əhəmiyyətli yeri və dəyərinə toxunan millət vəkili deyib:

“Azərbaycan demokratiyanın beşiyi olub. Buna görə 1906-cı ildə Azərbaycan 11 ay müqavimət göstərdi və bu gün onun sayəsində mən və sizlər parlamentdə oturmuşuq”.

Munadi Sefidan bununla yanaşı əyalətə vali təyinatının gecikdirilməsini də qınayıb. O, bununla bağlı Daxili İşlər nazirinə müraciət edib.

“Azərbaycanlılar özlərindən olan bir valinin təyin olunmasını istəyirlər. Əyalətdə istedadlı və bacarıqlı kadrlar çoxdur. Daxili İşlər nazirindən əyalətin özündən bir valinin təyin olunmasını istəyirəm”-deyə, Munadi vali təyinatında yerli kadrlara üstünlük verilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, əksər əyalətlərin valilərinin təyin olunmasına baxmayaraq Şərqi və Qərbi Azərbaycan əyalətlərinə vali təyinatı gecikdirilir.

Bu əhalinin və azərbaycanlı millət vəkillərinin bir neçəsinin narazılığına səbəb olub.

Bundan öncə Təbrizin nümayəndəsi Əhməd Əlirzabeygi məsələ ilə bağlı verdiyi açıqlamada təyinatın gecikdirilməsini qınayıb.

“Millət vəkillərinin vali təyinatına müdaxilələri əyalət idarəçilik sistemində ciddi zəifləmələrə və fəsadlara yol aça bilər. Hər hansı çaşımazlıq və qeyri-düzgün idarəçilik olarsa dövlət bunu nümayəndələrin üzərinə yıxıb və məsuliyyətdən yayınmağa çalışacaq”-deyə, hökumətin məmurların yarıtmaz fəaliyyəti bağlı məsuliyyəti öz üzərindən atmağa çalışdığını bildirib.

Kəleybər, Horand və Xudafərin bölgələrinin İran parlamentindəki nümayəndəsi Hüseyn Hatəmi də, üç gün öncə parlamentdə çıxışı zamanı vali təyinatının gecikdirilməsini düzgün saymayıb.

"Bu gecikmələr məsuliyyətlərin həyata keçirilməsində qeyri-müəyyənliyə səbəb olub. Xüsusilə Şərqi Azərbaycan əyalətində bu gecikmədən irəli gələn qeyri-müəyyənliklər daha çox hiss olunur”-deyə, millət vəkili əyalətin idarə olunmasında problemlər yarandığını deyib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar