SON XƏBƏRLƏR

“Azərbaycanın idman simvolunu oyuncağa çeviriblər”-Millət vəkili "Traxtur"un durumundan narazılığını bildirib

2021.12.31, 11:24
“Azərbaycanın idman simvolunu oyuncağa çeviriblər”-Millət vəkili "Traxtur"un durumundan narazılığını bildirib

Gunaz.tv

“Azərbaycanın idman simvolunu oyuncağa çeviriblər. Klubun hazırkı rəhbərliyi məsələyə bir dəfəlik aydınlıq gətirməlidir.

Bir çoxları ehtiyac olmayan vaxt klubla foto çəkdirir, ehtiyac olan vaxt isə onuna ögey uşaq münasibəti göstərirlər”-deyə, Pezeşkiyan klub rəhbərliyi və əlaqədar məsulları tənqid edib.

O, deyib ki, “Traxtur”un əsas problemi iqtisadi çətinliklərlə yanaşı daha çox yarıtmaz idarəetmə və zəif rəhbərlikdir.

“Bundan öncə dəfələrlə klubun mali probleminin aradan qaldırılması üçün onun xüsusi sektora verilməsi barədə müzakirələr olmuşdu.

Əgər vəziyyətdə dəyişiklik olmayacaqdısa bunu etməyə nə gərək var idi. Sankı bir qrup “Traxtur” klubunu girov götürüb və ondan öz məqsədlərinə çatmaq üçün təzyiq riçaqı kimi istifadə edirlər”-deyən millət vəkili, klubla bağlı hakim durumun qəbuledilməz olduğunu söyləyib.

“Traxtur”un azərbaycanlıların ictimai və mədəni simvoluna çevrildiyini vurğulayan Məsud Pezeşkiyan deyib ki, klubla bu cür davranış, hərc-mərclik şəraitinin davam etməsi ağır nəticələr doğuracaq.

Qeyd edək ki, son vaxtlar “Traxtur” futbol klubunun ard-arda uduzması, İran Premyer Liqasında zəif etməsi, yanlış idarəetmə azarkeşlərin narazılığına səbəb olub

Dekabrın 29-da İranın "Vərzeş 3" idman kanalının verdiyi məlumata görə, Təbrizin “Traxtur” futbol klubu gələn həftə dövlət şirkətinin mülkiyyətinə veriləcək.

C.E

 

gun az article

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar