SON XƏBƏRLƏR

Milli Məclisdə gələn ilin dövlət büdcəsi qəbul olundu

2021.12.03, 11:00
Milli Məclisdə gələn ilin dövlət büdcəsi qəbul olundu

Gunaz.tv

Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğindədir.

Milli Məclisin bu gün keçirilən iclasında həmçinin “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır.

Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı, həmçinin məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləği 15 manatdan 20 manata dəyişdirilir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişiklik layihəsi də III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman az ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda müəyyən edilmiş sığorta məbləğinin (11 min manat) 15%-i qədər sığorta ödənişi veriləcək.

Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş siyahıya uyğun müəyyən ediləcək.

Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş sığorta ödənişi nəzərə alınmaqla ödəniləcək.

Qanuna dəyişiklik layihəsi III oxunuşda qəbul edilib. (report.az)

 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar