SON XƏBƏRLƏR

Milli fəal Babək Vəlipur 5 il həbs cəzasına məhkum edilib

2022.10.21, 08:26
Milli fəal Babək Vəlipur 5 il həbs cəzasına məhkum edilib

Gunaz.tv

Bundan öncə Türkmənsəhrada baş verən sel fəalakətindən ziyan görən türkmənlərə yardım aksiyalarına qatıldığı üçün həbs edilən güney azərbaycanlı milli fəal babək Vəlipurun 5 illik həbs qərarı İran Ali Məhkəməsi tərəfindən təsdiq edilmişdi.

O, 2019-cu ilin 25 may tarixində Tehranda təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq zindana köçürülmüş, 37 gün saxlanıldıqdan sonra müvəqqəti azadlığa buraxılmışdı.

Fəal barədə çıxarılan həbs cəzası snradan 8 aya endirilsə də, İran Ali Məhkəməsi qərarı yenidən ləğv edərək Babək Vəlipurun 5 illik həbs cəzasını çəkməsi barədə yeni hökm çıxarıb.

33 yaşlı təbrizi Vəlipur memarlıq mühəndisliyi fakültəsinin məzunudur və Azərbaycan ədəbiyyatı və rəqsi üzrə də fəaliyyətləri ilə tanınır.

Azərbaycanlı fəal 2019-cu ilin seçilmiş memarlıq dizaynına görə mükafat alıb və 2019-cu il Misir memarlıq mükafatına namizəd olub.

2017-ci ildə Qarabağ müharibəsində mülki azərbaycanlıların öldürülməsindən bəhs edən "Ana laylası"nın rəqs ifasına görə Azərbaycan Mədəniyyət Nazirliyinin fəxri diplomuna layiq görülüb.
 
Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar