SON XƏBƏRLƏR

Milli fəal Saleh Molla Abbasi aclıq aksiyasına başlayıb

2022.10.19, 10:20
Milli fəal Saleh Molla Abbasi aclıq aksiyasına başlayıb

Gunaz.tv

Bu barədə qızı Pinar Molla Abbasi özünün sosial media hesabında yazıb.

"Atam Təbrizin Kəşfiyyat İdarəsində aclıq aksiyasına başlayıb. 
Dünən atam saleh Molla Abbasi Təbrizin Kəşfiyyat İdarəsindən qısa telefon əlaqəsində evə zəng edib.

O, məmurların 2006-cı ilin xordad qiyamındakı kimi onunla rəftar etdiklərini bildirərək, bu durumun davam etməsi və kəşfiyyat idarəsində saxlanılmasına davam edilməsi halda bu gündən etibarən aclıq aksiyasına başlayacağını söyləyib",- deyə, Pinar Molla Abbasi yazıb.

Qeyd edək ki, milli fəal Saleh Molla Abbasi oktyabrın 9-da Əhər şəhərində yerləşən şəxsi evində həbs edilib.

Bundan öncə sentyabrın 25-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Saleh Molla Abbasinin evinə basqın edib. 

Məmurlar özü evdə olmadığı üçün onun ailə üzvlərini döyüb və təhqir ediblər.

ETTELAAT məmurları Saleh Molla Abbasinin evində axtarış aparıb, ona məxsus kompüteri, telefonu və başqa şəxsi əşyaları özləri ilə aparıblar.

Qeyd edək ki, adı çəkilən fəal bundan öncədə dəfələrlə təqib, təzyiqlərə məruz qalıb və həbs edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar