SON XƏBƏRLƏR

Milli fəal Mehdi Həmidi Şəfiq SEPAH-ın kəşfiyyat bölməsinin təcridxanasına köçürülüb

2022.09.24, 10:38
Milli fəal Mehdi Həmidi Şəfiq SEPAH-ın kəşfiyyat bölməsinin təcridxanasına köçürülüb

Gunaz.tv

Fəal sentyabrın 20-də Təbrizin Əbureyhan küçəsində həyat yoldaşı ilə şəxsi avtomobilində təhlükəsizlik məmurlarının hücumuna məruz qalıb. 

Avtomobilinin şüşələri sındırılan və ağır şəkildə döyülən Mehdi Həmidi Şəfiq yaralı vəziyyətdə təhlükəsizlik idarəsinə aparılmışdı.

Qeyd edək ki, Mehdi Həmidi Şəfiq 2011-ci il Avqust 24-də Təbrizdə Urmu gölünün canlandırılması ilə bağlı keçirilən aksiyalarda 28 nəfərlə birlikdə təhlükəsizlik məmurları tərəfindən həbs edilib və 100 milyonluq girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Təbriz həbsxanasının nəzarətçiləri tərəfindən dəfələrlə döyülməsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirən fəalın 2012-ci ildə Universitetə girməsinə qadağa qoyulub.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar