SON XƏBƏRLƏR

Milli fəal Şəhruz Bərzgər barəsində qərarı çıxarıldı

2021.10.20, 07:36
Milli fəal Şəhruz Bərzgər barəsində qərarı çıxarıldı

Gunaz.tv

Şəhruz Bərzgər Təbriz məhkəməsində müraciət etdikdən sonra məhkəmənin onun bir neçə maddə ittiham üzrə mühakimə olunması barədə qərar çıxardığını öyrənib.

Təbriz Prokurorluğunun 1-ci bölməsi tərəfindən çıxarılan hökmə görə milli fəal “qanunsuz aksiyaya qatılmaqla ictimai asayişi pozmaq”, “polis məmurlarına itaətsizlik və onlarla toqquşma” və “Əli Məzlum Yengi adlı şəxsə məqsədli olaraq bədən xəsarətləri yetirmək”də ittiham olunub.

 Şəhruz Bərzgər iyulun 24-də Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyası ilə əlaqədar təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. 

O, 31 iyul tarixində girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Bərzgər bundan öncə 2019-cu ildə də hökumət məmurları tərəfindən saxlanılaraq basqılarla üzləşib və mülki vəsiqə qarşılığında şərti azadlığa buraxılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar