Əlirza Fərşi “Bina” xəstəxanasına aparılıb: Milli fəal gözündən əməliyyat olunub

28.01.2022, 12:15

Güney azərbaycanlı milli fəal, Tehran şəhərinin “Fəşafuyə” zindanından girov qarşılığında tibbi məzuniyyətə buraxılan Əlirza Fərşi yanvarın 27-də elektron qandalla xəstəxanaya yerləşdirilib

Gunaz.tv Quote | Gunaz article

“Bina” xəstəxanasının həkimləri onu gözündən əməliyyat (Kornea transplantasiyası) ediblər. 

Fərşi yanvarın 9-da 600 milyon tümənlik girov qarşılığında 18 gün müddətinə tibbi məzuniyyətə buraxılıb və həkim arayışı əsasında Tehranın Baharistan Ümumi və İnqilab Məhkəməsinin Hökmlərinin İcrasının 2-ci Şöbəsin tibbi sənədlərin təqdim edilməsindən sonra yanvarın 26-da məzuniyyət müddətinin uzadılmasına razılıq verib.

Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.  

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbriz universiteti Türkiyə ali məktəbləri ilə əməkdaşlıq edəcək

2022-05-28

gun az article

Tehranda güneyli ziyalı Həsən Raşidi hücuma məruz qalıb

2022-05-28

gun az article

Şəbistərdə tarixi Qoç daşları oğurlanıb-VİDEO

2022-05-28

gun az article

Əhərdə iki alpinist həyatını itirib

2022-05-28

gun az article

“Körpü”də müzakirə: “Abadan xalqının etirazları və fars olmayan xalqların həmrəyliyi"-VİDEO

2022-05-28

gun az article

“Körpü” proqramında müzakirə: “28 May müstəqillik bayramı”-VİDEO

2022-05-28

gun az article

"Başqa ölkələrdən dəvətlər var, amma Təbrizdə qalmaq istəyirəm"-Ərtoğrul Sağlam

2022-05-28

gun az article

Həmədan əyalətində səhralaşma sürətlə artır

2022-05-27

gun az article

Güclü daşqın Ərdəbil kəndlərinə ciddi ziyan vurub

2022-05-27

gun az article

Qəzvində tarixi əsər qaçaqmalçıları həbs edilib

2022-05-27

gun az article

"Ərk"-Azərbaycan İnsan Haqları Təşkilatı güneyli fəallarla bağlı müraciət edib

2022-05-27

gun az article

"Görüş”də müzakirə: “İranda iqtisadi fəlakət: Səbəblər və gələcək”-VİDEO

2022-05-27

gun az article

“Sözümüz” proqramında müzakirə: “Qaşqay türkləri”-VİDEO

2022-05-27

gun az article

Vərziğanda qədim qayaüstü rəsm əsərləri tapılıb

2022-05-26

gun az article

Təbriz və Bursa qardaşlaşmış şəhər olacaq

2022-05-26

gun az article

Yaxınları milli fəal Məhəmməd Eyninin taleyindən nigarandır

2022-05-26

gun az article

"Traxtur" Şiraz klubunu məğlub edib

2022-05-26

gun az article

Sulduzda "May qiyamı" qurbanlarının xatirəsi anılıb

2022-05-25

gun az article

Azərbaycanlı veteran futbolçu Əli Dayinin Kirmana sərmayə yatırması narazılıq doğurdu

2022-05-25

gun az article

Şərqi Azərbaycan İran parlamentinin Rəyasət Heyətində kürsüsünü itirdi

2022-05-25