SON XƏBƏRLƏR

Həbsdə olan milli fəal Əlirza Fərşinin məzuniyyət müddəti uzadılıb

2022.01.26, 13:31
Həbsdə olan milli fəal Əlirza Fərşinin məzuniyyət müddəti uzadılıb

Gunaz.tv

Bu barədə qərar Tehranın Baharistan Ümumi və İnqilab Məhkəməsinin Hökmlərinin İcrasının 2-ci Şöbəsinə tibbi sənədlərin təqdim edilməsindən sonra yanvarın 26-da çıxarılıb.

Müxtəlif xəstəliklərdən əziyyət çəkən Fərşinin məzuniyyət müddətinin yenilənməsinə razılıq verilib.

Yaxınlarının verdiyi məlumata görə, gözündən əməliyyat olunan Əlirza Fərşi yanvarın 27-də növbəti əməliyyat üçün Tehran şəhərinin “Bina” xəstəxanasına aparılacaq.

Qeyd edək ki, yanvarın 9-da Əlirza Fərşi 600 milyon tümənlik girov qarşılığında 18 gün müddətinə tibbi məzuniyyətə buraxılıb.

Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.  

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar