SON XƏBƏRLƏR

Milli fəalın işi Apellyasiya Məhkəməsinə göndərilib

2021.11.30, 08:31
Milli fəalın işi Apellyasiya Məhkəməsinə göndərilib

Gunaz.tv

“Cinayət Prosessual Məcəlləsinin 433-cü maddəsinin “P” bəndinə əsasən, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması, qanuna riayət edilməməsi və ya qeyri-münasib cəza təyin edilməsi ilə əlaqədar prokurorun birinci instansiya məhkəməsində çıxarılmış hökmdən apellyasiya şikayəti vermək hüququ vardır”-deyə, prokurorluğun fəalın işi ilə bağlı Apellyasiya Məhkəməsinə etdiyi müraciətdə qeyd olunub.

Bundan öncə Ulduz Qasimi Təbriz Cəza Məhkəməsinin 111-ci bölməsinin bundan öncə onlara qarşı irəli sürülən “qeyri-adi hərəkətlər etmək və səs-küy salmaqla ictimai asayişi pozmaq, qanunsuz aksiyaya qatılmaqla vətəndaşların iş fəaliyyətlərinə, təhlükəsizliklərinə əngəl törətmək” ittihamından bəraət almışdı.

Ulduz Qasımi iyulun 24-də Təbrizdə su qıtlığına, ekoloji problemlərə qarşı və Xuzistanda yaşayan ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyası ilə əlaqədar saxlanılmış və 28 iyulda 100 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından azadlığa buraxılıb. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar