SON XƏBƏRLƏR

İran Ali Məhkəməsi Əkbər Nəiminin vəsatətini təmin etmədi

2023.05.25, 15:33
İran Ali Məhkəməsi Əkbər Nəiminin vəsatətini təmin etmədi

Gunaz.tv

Bununla bağlı qərarı Qasim Mezinani və onun müavini Seyid Məcid Hüseyni Nikin rəhbərlik etdiyi Ali Məhkəmənin 9-cu şöbəsi çıxarıb.

Xatırladaq ki, bundan öncə İran Ali Məhkəməsi bu vəsatəti qəbul edərək işi yenidən baxılmaq üçün həmin şöbəyə göndərmişdi.

Fevralın 12-də Evin həbsxanasından sərbəst buraxılan Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə həbs edilib.

O, "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq"da ittiham olunub.

Nəimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən "Evrin" və "Yarpaq" adlı qurumların təsisçisi və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan "Günəbaxan" dərnəyinin qurucularından biri olub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar