SON XƏBƏRLƏR

Milli fəal Tohid Əmirəmini şərti azadlıqdan imtina edib

2022.12.07, 07:33
Milli fəal Tohid Əmirəmini şərti azadlıqdan imtina edib

Gunaz.tv

Milli fəalların verdiyi məlumata görə, dekabrın 5-də Tohid Əmirəmini Evin zindanının təhlükəsizlik bölməsinə aparılıb və otada onunla şərti azadlığa buraxılması barədə danışıq aparılıb.

Həbs müddətinin 4 ilini başa vurduğunu və qalan 1 il üçün hər hansı şərtlə razı olmadığını bildirən milli fəal irəli sürülən təklifdən imtina edib.

Azərbaycanlı fəal 21 fevral 2019-cu ildə Kiyanuş Aslani ilə birlikdə Tehranın “İnqilab” meydanında “Beynəlxalq Ana Dili Günü” münasibətilə afişalar yaydığı üçün həbs olunub.

Əmir Əmini İnqilab Məhkəməsinin 26 saylı şöbəsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq”, “rejimə qarşı təbliğat aparmaq” ittihamları ilə mühakimə olunub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar