SON XƏBƏRLƏR

Milli fəal Kərim İsmayılzadə zindanın tibb məntəqəsinə köçürülüb

2022.11.14, 14:09
Milli fəal Kərim İsmayılzadə zindanın tibb məntəqəsinə köçürülüb

Gunaz.tv

Güney azərbaycanlı milli fəal və tanınmış idmançı Kərim İsmayılzadənin aclıq aksiyası keçirdiyi və saxlanıldıqdan sonra döyüldüyü üçün sağlıq durumunun pisləşdiyi, noyabrın 14-də zindanın tibb məntəqəsinə köçürüldüyü bildirilir.

Noyabrın 2-də təhlükəsizlik məmurları tərəfindən saxlanılan və təcridxanada işgəncə edilən milli fəal hüquqlarının pozulduğu. barəsində ittiham irəli sürülmədən qeyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq aclıq aksiyası keçirir.

Milli fəal noyabrın 2-də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və bu günə kimi onun həbs səbəbi və nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.

Kərim İsmayılzadə bundan öncədə sosial mediadakı paylaşımları və dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə basqılarla üzləşib və saxlanılıb.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar