SON XƏBƏRLƏR

Milli fəal İsmayıl Əhmədinin məhkəməsi olub

2022.09.10, 04:45
Milli fəal İsmayıl Əhmədinin məhkəməsi olub

Gunaz.tv

Məhkəmədə "hökumətə qarşı təbliğat" ittihamı üzrə fəalın işinə baxılıb və onun müdafiəsi dinlənilib.

Mayın 25-də tarixində təhlükəsizlik məmurları İsmayıl Əhmədinin evinə basqın edərək onu özləri ilə aparıb, ona məxsus telefon, komputer və başqa şəxsi əşyaları müsadirə ediblər.

Fəal bir gün sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Qeyd edək ki, bir çox hallarda təhlükəsizlik idarəsinin təzyiq və hədələri səbəbindən ailələr həbslər barədə vaxtında məlumat verə və məsələni ictimailəşdirə bilmirlər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar