Milli fəal Vədud Əsədi Rəşt zindanına köçürülüb

24.11.2021, 09:28

Milli fəal Vədud Əsədi noyabrın 22-də  təhlükəsizlik təcridxanasından Gilan əyalətinin mərkəzi Rəşt şəhərinin 2 saylı zindanına köçürülüb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə milli fəal Vədud Əsədi ailəsi ilə qısa müddətli telefon danışığı zamanı məlumat verib.

Əsədinin yaxınları noyabrın 23-də Rəşt şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 16-cı bölməsinə müraciət etdiklərini bildiriblər.

Qeyd olunub ki, prokuror onlara qarşı kobud davranıb, fəalın girov qarşılığında sərbəst buraxılması müraciətinə mənfi cavab verib.

Bu günə kimi təhlükəsizlik idarəsi, Rəşt şəhərinin prokurorluğu və məhkəməsindən milli fəala qarşı irəli sürülən ittihamlar barədə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, oktyabrın 30-u, axşam saat 19.00 radələrində təhlükəsizlik məmurları Vədud Əsədinin evinə basqın edib və milli fəal həmin gün həbs olunub.

Onun saxlanılması barədə heç bir məhkəmə arayışı təqdim etməyən məmurlar Əsədiyə aid kompüteri və mobil telefonu müsadirə ediblər.

Həmçinin milli fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu özləri ilə aparıblar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə polis tərəfindən həbs olunub və milli-mədəni fəaliyyətinə görə təhlükəsizlik məmurlarının təhdidlərinə məruz qalıb. 

Bununla yanaşı, o, ikinci Qarabağ savaşı zamanı İranın Ermənistana verdiyi dəstəyə etiraz etdiyinə, Azərbaycan Ordusuna dəstək aksiyasında qatıldığına görə 13 gün müddətinə saxlanılmışdı.

Noyabrın 7-də Əsədinin zaminə buraxılması üçün Rəştin Ümumi və İnqilab Məhkəməsi 16-cı bölməsi tərəfindən təyin edilən 170 milyon tümənlik vəsiqənin hazırlanmasına baxmayaraq, təhlükəsizlik idarəsi və məhkəmə sistemi onun zaminə buraxılmasına maneçilik törədir.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Süngün mis mədənində fövqəladə vəziyyət hökm sürür-VİDEO

2021-12-05

gun az article

Güney Azərbaycan Milli təşkilatları 21 Azərlə bağlı bəyanat yaydı

2021-12-05

gun az article

Marağalı xeyriyyəçilər yeni məktəblərin tikintisinə başlayıb

2021-12-04

gun az article

Xiyav əhalisi kəskin azalıb-Millət vəkili mərkəzi hökuməti laqeydlikdə suçlandırdı

2021-12-04

gun az article

Urmuda 2700 il yaşı olan qiymətli tarixi kurqan məhv edilib

2021-12-04

gun az article

Urmu gölündə duz fırtınasının baş verməsi təsdiq edildi

2021-12-04

gun az article

Şərqi Azərbaycanda işsizlik artıb: Son statistika açıqlandı

2021-12-04

gun az article

Güney Azərbaycan şəhərlərində ekoloji fəlakətə etiraz aksiyaları davam edir

2021-12-04

gun az article

Binabdan köç artıb: Sərmayəçilər bölgədən qaçır

2021-12-04

gun az article

“Traxtur”un qapıçısı Çempionlar Liqasının ən yaxşısı seçildi

2021-12-04

gun az article

Təbrizin cümə imamı Türkiyəyə aviareyslərin çox olmasından narazılığını bildirib

2021-12-04

gun az article

Ərdəbilli fəallar məsulların anti-Azərbaycan siyasətlərinə etiraz ediblər-FOTO

2021-12-04

gun az article

Süngün mis mədəninin işçilərinə təzyiqlər güclənib: Onlara yemək və su verilmir

2021-12-03

gun az article

Təbrizdə qazdan zəhərlənmə halları çoxalıb

2021-12-03

gun az article

Təbrizli millət vəkili hökuməti nüvə danışıqlarında yanlış mövqe tutmaqda ittiham edib

2021-12-03

gun az article

Türkcə çəkilmiş “Atabay” filmi Güney Azərbaycanda böyük uğur qazanıb

2021-12-03

gun az article

Təbrizin ətrafında yerləşən əkin və otlaq sahələri məhv ola bilər: Şəhər fərmandarından xəbərdarlıq

2021-12-03

gun az article

Təbrizə qar yağdı - FOTOLAR

2021-12-03

gun az article

Kərəcdə Urmu gölü ilə bağlı aksiya keçirilib-FOTOLAR

2021-12-03

gun az article

Güney Azərbaycan təşkilatı BMT “Milli dil və etnik azlıqlar” mövzusunda keçirilən toplantısına qatılıb

2021-12-03