SON XƏBƏRLƏR

Milli fəal Ruzbeh Pirinin sağlıq durumu ağırlaşıb

2022.11.15, 11:52
Milli fəal Ruzbeh Pirinin sağlıq durumu ağırlaşıb

Gunaz.tv

Təbriz zindanında saxlanılan milli fəal Ruzbeh Piri noyabrın 14-də ailəsi ilə qısa telefon danışığı zamanı sağlıq durumunun yenidən ağırlaşdığını və zindanın tibb məntəqəsinə köçürüldüyünü bildirib

Bundan öncə də olduğu kimi. zindanda milli fəalı müayinə edən həkimlər onun xəstəxanaya köçürülməli və müalicə olunmasının vacibliyini deyiblər.

Ruzbeh Piri və ailəsinin həkimlərin rəyi əsasında onun müalicə üçün girov qarşılığında azadlığa buraxılması ilə bağlı məhkəmə və başqa əlaqədar qurumlara yazdıqları məktublara mənfi cavab verilib.

Qeyd edək ki, İslam Azad Universitetinin Təbriz filialını proqram təminatı ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirən Ruzbeh Piri fevralın 12-də saxlanılıb.

İran hökumətinin təhlükəsizlik məmurları onun Təbrizdəki ata evinə basqın edib və fəalı özləri ilə aparıblar.

Sonradan R.Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.  

“Təbriz” tələbə jurnalının baş redaktoru, Müstəqil Tələbələrin İslam Cəmiyyəti təşkilatının qurucularından biri və "Sultan Məhəmməd Fateh" kitabının tərcüməçisi olan Ruzbeh Piri bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs cəzasına məhkum edilib. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar