SON XƏBƏRLƏR

Milli fəal Ruzbeh Piriyə qarşı təzyiqlər davam edir

2021.10.20, 07:36
Milli fəal Ruzbeh Piriyə qarşı təzyiqlər davam edir

Gunaz.tv

Qeyd edək ki, sentyabrın 9-da Təbrizdə 12 mülki geyimli təhlükəsizlik məmuru tərəfindən döyülərək saxlanılan Ruzbeh Pirinin qardaşı Yaşar Piri özünün “instaqram” hesabında qardaşı ilə bağlı paylaşım edib.

O, etdiyi paylaşımda Ruzbehin Təbriz zindanının karantin bölməsində köçürüldüyünü, ailəsinin girov qarşılığında müvəqqəti azadlığa buraxılması ilə bağlı qaldırdığı vəsatətin Təbriz məhkəməsinin prokuroru tərəfindən rədd edildiyini bildirib.

R.Piri 9 sentyabrda 12 nəfər mülki geyimli təhlükəsizlik məmuru tərəfindən saxlanılıb. Saxlanıldığı zaman heç bir məhkəmə qərarı göstərilməyib. O, məmurlar tərəfindən ağır şəkildə döyülüb. Şahidlərin sözlərinə görə ağır bədən xəsarətləri alan milli fəal zorakılıqla maşına mindirilərək naməlum yerə aparılıb.

Bir neçə gün öncə R.Pirinin taleyindən narahat olan doğmaları  Təbriz məhkəməsinə məktub yazıblar. Təbrizin “Qolkar” bölgəsinin prokurorluğunun 16-cı bölməsinin müstəntiqinə yazılan məktubda, Ruzbeh Pirinin saxlanıldığı zaman onu döyən məmurlara qarşı ölçü götürülməsi istənilib.

Ruzbeh Piri daha öncə də dinc fəaliyyətlərindən dolayı dəfələrlə həbs və mühakimə edilib.

C.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar