SON XƏBƏRLƏR

Milli fəal Əkbər Əbülzadə ilə görüş keçirilib

2023.03.04, 11:34
Milli fəal Əkbər Əbülzadə ilə görüş keçirilib

Gunaz.tv

Əbülzadənin Əhər şəhərindəki evində keçirilən görüşdə Azərbaycanla bağlı məsələlər və mədəni mövzular barədə müzakirələr aparılıb.

Fevralın 8-də sərbəst buraxılan Əkbər Əbülzadə 2022-ci il iyunun 7-də Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində həbs edilib və iyulun 20-də Təbriz zindanına köçürülmüşdü.

Əkbər Əbilzadə Əhərdə anadan olub və inşaat mühəndisliyi fakültəsini bitirib. O, 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün saxlanılıb.

Milli fəal 1 sentyabr 2018-ci ildə Bəhlül Əlizadənin başçılıq etdiyi Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin son qərarı ilə 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar