SON XƏBƏRLƏR

Milli fəallar Təbriz zindanının 12-ci palatasına köçürülüb

2022.08.20, 23:59
Milli fəallar Təbriz zindanının 12-ci palatasına köçürülüb

Gunaz.tv

Bu barədə azərbaycanlı fəalların yaxınları məlumat verib.

Məlumata görə, ailənin müraciətinə baxmayaraq, Təbriz Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsi 200 milyon tümənlik girov qarşılığında Yaşar Piri və Siyavuş Əlizadənin məhkəməyə qədər müvəqqəti azadlığa buraxılmasını qəbul etməkdən imtina edib.

Fəallar avqustun 17-də Təbriz Şəhər Kəşfiyyat İdarəsinin 37-ci otağına çağırıldıqdan sonra həbs olunub, Təbriz Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsində onlara qarşı ittiham irəli sürüldükdən sonra Təbriz mərkəzi zindanına köçürülüblər.

Qeyd edək ki, fəalların köçürüldüyü 12-ci bölmədə Yaşar Pirinin qardaşı Ruzbeh Piri və Əkbər Əbülzadə də saxlanılır.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar