SON XƏBƏRLƏR

Milli fəallar cərimə cəzasına məhkum ediliblər

2022.02.13, 17:59
Milli fəallar cərimə cəzasına məhkum ediliblər

Gunaz.tv

Fəalların vəkili Əsgər Məhəmmədiyə şifahi olaraq bildirilib ki, bundan öncə iki fəal barəsində çıxarılan 3 aylıq həbs cəzası dəyişdirilib və həbs cəzası qarşılığında fəallar 24 milyon tümən cərimə cəzasına məhkum ediliblər.

Bundan öncə Təbriz İnqilab Məhkəməsinin 3-cü bölməsi fəallara qarşı “qanunsuz qruplara üzv olmaqla ğlkənin milli təhlükəsizliyinə zərbə vurmaq” ittihamı irəli sürmüş və barələrində 2 il həbs cəzasının verilməsini istəmişdi.

Qeyd edək ki, Güney azərbaycanlı milli-mədəni fəallar 2020-ci ilin oktyarbın 4-də İranın Ermənistana dəstəyinə etiraz aksiyası keçirib.

Aksiyada Qarabağın azadlığı uğrunda Azərbaycan Ordusuna dəstək nümayiş etdirilib. Aksiyaçılar eyni zamanda Nurduz sərhəd keçid məntəqəsinin bağlanmasını tələb ediblər.

Bu aksiyadan sonra milli fəallar Culfa şəhərindəki iş yerlərində həbs edilib.

Onlar, 2 dekabr 2020-cu il çərşənbə axşamı dindirmə prosesinin sonunda Təbrizdəki Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz mərkəzi həbsxanasının karantin şöbəsinə köçürülüb.

Azərbaycanlı fəallara “ölkəyə müxalif təşkilatlara üzv olmaq” ittihamı irəli sürülüb.

Milli fəallar 3 dekabr 2020-ci ildə 500 milyon tümən girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılıb.

Xatırladaq ki, hər iki fəal 2020-ci ilin oktyabr ayının 4-də təhlükəsizlik qüvvələri tərəfindən Güney Azərbaycanın Culfa şəhərində yerləşən iş yerlərində həbs edilərək, Təbrizin ETTELAAT İdarəsinin istintaq təcridxanasına aparılıb.

Təhlükəsizlik orqanları işçiləri Səid Sultanini tutduqdan sonra onun evində təftiş apararaq, notbuk, mobil telefon, kitablar və avtomobili də daxil olmaqla, bir çox şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar. Bundan başqa, Babək Kiyumərsi tutulan zaman təhlükəsizlik orqanları işçiləri onun xanımını döyüblər.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar