SON XƏBƏRLƏR

Urmulu fəallar girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

2022.07.22, 05:27
Urmulu fəallar girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

Aksiyada həbs edilən iki fəal ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıblar.

Mikayıl Qulipur 500, Huşəng Nəğizadə isə 700 milyon tümən girov qoyduqdan sonra Urmu zindanından çıxıb və məhkəmə olunmaları üçün prokurorluğun çağırışını gözləməlidirlər.

Qeyd edək ki, iyulun 16-da İran hökumətinin Urmu gölü ilə bağlı siyasətinə qarşı keçirilən dinc aksiyalar zamanı onlarla mədəni fəal həbs edilib.

Onlardan bir neçəsi müvəqqəti olaraq girov qarşılığında azadlığa buraxılsa da, bir çoxu barəsində həbs qərarı çıxarılıb.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar