SON XƏBƏRLƏR

Milli fəallar məhkəməyə çağırılıb

2021.10.20, 10:42
Milli fəallar məhkəməyə çağırılıb

Gunaz.tv

Ona bu barədə m​​​​​​Məhkəmənin elektron sistemi vasitəsilə bildiriş göndərilib.

Əmir Səttaridən tələb edilib ki, oktyabrın 30-da, yerli vaxtla saat 09:00-da məhəkəmədə olsun. 

Vəhid Əbhəridən isə saat 11:00-da Təbrizin Cəza Məhkəməsinin 111-ci bölməsində olmalıdır.

Əmir Səttari hal-hazırda 3 illik şərti həbs cəzasını çəkir.

O, 2017-ci ildə saxlanıldıqdan sonra 5 illik həbs cəzasına məhkum edilib. Səttari 5 illik həbs cəzasının 2 ilini çəkdikdən sonra Məhkəmə Hökmlərinin İcrası İdarəsi onun barəsində yeni qərar çıxarıb.

Qərara görə, onun qalan 3 illik məhkumluğu şərti həbs cəzası ilə əvəzlənib.

Başqa milli-mədəni fəal Vəhid Əbhəri 2017-ci ildən bu günə kimi müxtəlif milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb.

Hər iki fəalın mühakiməsi 24 iyul tarixində Xuzistan ərəblərinin su qıtlığına görə başlatdıqları etiraz aksiyalarına dəstək mitinqinə qatılmaları ilə bağlıdır.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar