SON XƏBƏRLƏR

Milli fəallar təhlükəli məhbusların saxlanıldığı bölməyə köçürülüb

2022.07.21, 05:17
Milli fəallar təhlükəli məhbusların saxlanıldığı bölməyə köçürülüb

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin həbsxanasına saxlanılan fəallar iyulun 20-də zindanın karantin bölməsindən ağır cinayətlər törətmiş məhkumların saxlanıldığı 3-cü kameraya köçürülüblər.

Bununla yanaşı daha iki milli fəal Səid Gülməhəmmədi və Əlirza Qasımzadənin də Urmu zindanına köçürüldükləri bəlli olub.

Qərbi Azərbaycan polis idarəsinin məlumatında adı çəkilən 4 fəalla yanaşı daha dörd etirazçının Urmu zindanında olduğu bildirilsə də, onların kimliyi barədə açıqlama verilməyib. 

Başqa bir məlumatda Fəriba Amuyinin barəsində cinayət işinin açıldığı bildirilsə də, onun son durumu və harada saxlanılması barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, iyulun 16-da Urmu gölünün durumu ilə bağlı keçirilən dinc aksiyalar zamanı onlarla mədəni fəal həbs edilib.

Onlardan bir neçəsi müvəqqəti olaraq girov qarşılığında azadlığa buraxılsa da, bir çoxu barəsində həbs qərarı çıxarılıb.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar