SON XƏBƏRLƏR

Milli fəallar siyasi məhbus Abbas Lisani ilə görüşüb

2022.02.21, 03:47
Milli fəallar siyasi məhbus Abbas Lisani ilə görüşüb

Gunaz.tv

Fevralın 20-də Abbas Lisasni ilə növbəti görüş keçirilib.

Abbas Lisaninin evində keçirilən görüşə Ərdəbil əyalətinin müxtəlif bölgələrindən olan fəallar qatılıb, Lisaninin sağlıq durumu ilə maraqlanıb və Beynəlxalq Ana Dili Günü ərəfəsində Güney Azərbaycanda dil və mədəni problemləri müzakirə ediblər.

Bundan öncə fevralın 15-də Güney Azərbaycanın, özəlliklə Ərdəbilin fəallarının iştirakı ilə görüş keçirilmişdi.

Qeyd edək ki, Güney azərbaycanlı milli fəal, siyasi məhbus Abbas Lisani üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra 13 fevral, yerli vaxtla axşam saat 19:10-da 6 ay müddətinə tibbi məzuniyyətə buraxılıb.

Lisanini müayinə edən və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun fəqərə sütununda ciddi problemlərin olduğunu, uzun müddətli müalicəyə ehtiyacı olduğunu qeyd ediblər.

“Ona altı ay müddətində cəzaçəkmə müəssisəsindən kənarda müalicə imkanı verilməli, bu müddət ərzində lazımi tibbi prosedurlar və cərrahi əməliyyatlar aparılmalı, qeyd olunan müddət bitdikdən sonra yenidən müayinəyə göndərilməlidir”-deyə, həkimlərin rəyində bildirilib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar