Milli inanc, milli düşüncəmiz tarixin üç mərhələsində

15.03.2023, 02:02

Mif (usturə), din, modernitə də (özət baxışda) Azərbaycan dünyanın ən əski yaşayış və mədəniyyət ocaqlarından bırı olaraq tanınmaqdadır. Azərbaycan torpağında yaşayan bugünkü insanlarımızın zehniyyəti və inancları, əski və modern çağlarda olan dünyagörüş və idelogiyalarlarının saldırı və etəgisinə məruz qalaraq içinə dönüş düşuncələrdən yoxsun olmuşdur. O üzdən də yad düşüncə və inanclar əsasında zehniyyəti biçimlənıb və hərəkət etəmişdır. Ən əsas uç evrə dünyagörüşünü özət olaraq açıqlayıb mıllı zehniyyətimizi korlayıb və çorlayan inancları göstərərək mıllı düşüncəmizin aydınlaşmasına yardım etməyə çalışacayıq.

Gunaz.tv Quote | Gunaz article

Mif (usturə)

Təxminən 70 min il öncədən ortaya çıxan uslu insan (Homo Sapiens) insan tarixində yeni bir başlanğıcın və insan evriminin (təkamül) yaranmasından xəbər verdi. Bioloji varlıqdan qopub, mədəniyyət və sosial topluluğa keçən insanlar, düşüncə və davranış qurallarını qapsayırdı.

Toplayıcı və ovçu insan topluluqları doğa olayları qarşısında gücsüz qaldıqları üzündən bütün məsələlərə özəlliklə doğa, evrən (kainat) və insanların necə və niyə yaranmasına yanıt vermək üçün mif düşüncə sistemini yaratmışlar.

Doğa üzrə başqa yaradıqlarla (mocudat) birgə yaşayan insan oğlu evrənin yüzlərcə oyunçularından birisi idi.

Türklərin mif baxışlarında hər şey canlı idi və hər şeyin ruhu və iyyəsi (yiyə) var idi. 

Türklərin göy tanrı və qam (şaman) inanclarında, yer kürəsi evrəndə olan cismlər kimi devinfən (hərəkətli) idi. Onların anlayışlarında hansısa bir məkan, mərkəziyyət daşımırdı.

Çünki baxışları yer üzünə deyil göy üzünə doğru idi. Türk qam inanclarında ağac, su, daş, torpaq, dağ, göy, od və sairə şeylər başlanqıc və qutsal idilər və türk insanları onlarla danışıb, onlara sayqı göstərirdilər.

Əsli Kərəm və Məlik Məmməd nağıllarında dabuna tanıq (şahid) oluruq. Dədə Qorqud isə 
Yerlu qara dağların yıqılmasun
kölgəlicə qaba ağacun kəsilməsun
deyərkən onlara olan sayqı və inanclardan xəbər verməkdədir.

Yaşam ağacı düşüncəsi onun başlanqıc dirilik və artım anlayışını sərgiləməkdədir. Oğuz xanın bir qadını göydən və işıqdan doğulur və o biri qadını isə su üzərində bitən ağacın içindən yaranmaqdadır.

Türklərdə olan doğa inanc və sevgisi onların əski dünya görüşlərində qabarıq şəkildə yansımaqdadır. O inancların izlərini hələdə dində, folklorda, inanclarda və incəsənətdə görə bilirik və onlar odlara, çırağa, pir ağaclarına və suya olan andlar kimi yaşamaqdadırlar.

Din

Yer kürəsinin neçə dərəcə qızması ilə artım və bolluq yaranmış və əkin üçün şərait yaranmışdır. 12 min il öncə yaranan əkin devrimi insan tarixində yeni bir səhifənin açılmasına nədən olmuşdur.

Dağlardakı köhül və mağaralardan dağ ətəyi, çay qıraqları və düzənliklərə enən insan topluluqları əkin sahələrini çoxaldıb daha da artmışlar.

Metal əldə etmək vasitəsilə yerləri dahada dərin şümlayıb əkin sahəsində artım yaradan insanlar, bir sıra heyvan növlərini əhliləşdirib, əkin sahəsində çalışdırb və maldarlığa addım atmışdır. Artıq doğa və heyvanlar insan oğlunun əlaltısı yaradıqlarına dönüşürdülər və insanlar doğada müsaxilə etməklə dahada güclənirdilər.

Əkin evriminin dəmir dönəmində (təxminən 3000) insan daha güclənib yerdə öz iradəsini sərgiləyir. Belə olan halda evrənin iki oyunçusu oyun oynayır başqaları isə sönükürlər. 

İnsan və tanrı 

Hərari demişkən insan tanrı ilə anlama yapır  və evrənin ən üstün yaradığına çevrilir.

O dönəmdən yaranan dini inancların bir çoxunda doğa və evrən insan üçün yaranmasından və onun insan ixtiyarında olmasından söz gedir.

Montiskiyo deyir: Hər bir qural, törə və dini hökmlərin arxasında onları yaradan etnosun kültür və coğrafiyaları dayanmaqdadır. Belə olan halda türklər din dönəmində daha artıq milli zehniyyətlərini əldən verməyə doğru sürüklənmişlər.

Daha çox şüubiyyə düşüncə sistemindən yararlanan türk zehniyyəti hələdə bu çorlardan qurtarıb yaralarını sağalda bilməmişdir.

Modernitə

Us və bilim əsasında daha irəliləyən insan sənayeləşmə, şəhərləşməni yaradıb genişləndirdi və yeni dövlət biçimini yaratmaqla yeni bir dünyaya ayaq basdı. Bilim vasitəsilə dünyada daha çox rol oynayan insan artıq yeni dünyanın tək qalan oyunçusu idi. 

Din dillərinin və ümmətlərinin içindən qopub dünyəvi dövlət-millətlər yaradan insan toplumları genəl iradələrini sərgiləmək üçün bir-birlərilə anlaşıb toplumsal anlaşmanı ortaya qoymuşlar. Güc dahada genəlləşirdi və demokratik sistemlər qurulurdu. Dünya özü daha hızla və geniş şəkildə dəyişirdi.

Modern dönəmdə daha güclənən batı, dünyanın bir çox yerlərini həmdə doğu dünyasını ələ keçirib torpaqlarını sömürməyə başlamışdı. 

Qacar türk dönəmində baş verən modernitə axımlarının nümayəndələri bölgədə farsçılıq əsasında bir dövlət-millət biçiminin yaranmasını cızmışdılar. Türklərin yeni dünyada zəifləyib yenilmələri, Azərbaycan torpaqlarının parçalanıb bölünməsinə nədən olsa da, siyasi güclərinin itirilməsi üzündən modern dünyaya fars pəncərəsindən baxmağa məcbur qaldılar.

Yeni yaradılan bir farsçılıq biçimi, türklərin əriyib asimilə olmasına, milli mənliklərini itirməsinə və milli zehniyyətin korlanmasına nədən oldu. 

Modern çağda yaranan düşüncə və ideologiyalar fars dil və kültürü vasitəsi və saldırısilə türk millətinin qafalarına yağdırıldı və beləliklə də yenidən dünyanın neçə yönlü zərbələri və çorları onları dahada öz illi varlıqlarından uzaqlaşdırmağa sarı apardı.

Sonuc

Milli zehniyyət və düşüncənin aydınlaşmasında, öncə hər bir evrənin inanc və düşüncə çorları bəlli olub tanınmalıdır və bilimsəl şəkildə gözdən keçirilib milli zehniyyətdən silinməlidir.

Sonra isə milli çıxarlar əsasında yaradılan düşüncə sistemi əski və çağdaş düşüncələrin yararlı və güclü yerlərinin tərkibindən oluşmalıdır.

Belə olduqda milli düşüncəmiz gələcəyimizə işıq saçıb, milli özgürlüyü sağlayacaqdır.

Siyamək Mirzayi

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18