SON XƏBƏRLƏR

Millii fəalların siyasi məhbus Abbas Lisani ilə görüşləri davam edir-FOTOLAR

2022.02.25, 20:48
Millii fəalların siyasi məhbus Abbas Lisani ilə görüşləri davam edir-FOTOLAR

Gunaz.tv

Müxtəlif bölgələrdən minlərlə insanın siyasi məhbusla görüşmək istəməsinə baxmayaraq, karantin qaydalarına və Abbas bəyin evinin tutumuna görə, bu görüşlər ayrı-ayrı vaxtlarda baş tutur.

Görüşdə fəalları maraqlandıran ümumi məsələlər və Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilən mədəni tədbirlər müzakirə olunub.

Qeyd edək ki, Güney azərbaycanlı milli fəal, siyasi məhbus Abbas Lisani üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra 13 fevral, yerli vaxtla axşam saat 19:10-da 6 ay müddətinə tibbi məzuniyyətə buraxılıb.

Lisanini müayinə edən və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun fəqərə sütununda ciddi problemlərin olduğunu, uzun müddətli müalicəyə ehtiyacı olduğunu qeyd ediblər.

“Ona altı ay müddətində cəzaçəkmə müəssisəsindən kənarda müalicə imkanı verilməli, bu müddət ərzində lazımi tibbi prosedurlar və cərrahi əməliyyatlar aparılmalı, qeyd olunan müddət bitdikdən sonra yenidən müayinəyə göndərilməlidir”-deyə, həkimlərin rəyində bildirilib. 

 

Açıklama yok.

Açıklama yok.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar