SON XƏBƏRLƏR

Binabda həbs edilən şagirdlərin taleyindən xəbər yoxdur

2022.10.24, 04:15
Binabda həbs edilən şagirdlərin taleyindən xəbər yoxdur

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Binab şəhərində 3 yeniyetmə şagird etiraz nümayişlərinə qatıldıqları üçün saxlanılaraq naməlum yerə aparılıblar.

Binab şəhərinin Əllamə Təbatəbai və Sədra orta əktəbinin şagirdləri olan Əşkan Cavidfər, Araz Bədii və Əli Vəliməhəmmədi adlı şagirdlər oktyabrın 20-də saxlanılsalar da, bu günə kimi barələrində dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Binab təhlükəsizlik idarəsi adı çəkilən şagirdlərin ailələrinə onlar barədə 10 gün müddətinə heç bir məlumat verilməyəcəyini dediklərinə görə, yeniyetmələrin təhlükəsizlik idarəsinin təcridxanasında dindirildikləri ehtimal edilir.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar