SON XƏBƏRLƏR

İndoneziyada göyərtəsində 188 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb

2021.10.20, 07:36
İndoneziyada göyərtəsində 188 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb

Gunaz.tv

GünAz TV: İndoneziyada "Lion Air" lou-kost aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyarəsi qəzaya uğrayıb.

 

Bazar ertəsi səhər qəzaya uğramış təyyarənin göyərtəsində heyət üzvləri ilə birgə 188 nəfər olub.

 

Report” xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinə istinadən "Reuters" məlumat yayıb.

 

Paytaxt Cakartadan Pankalpinanq şəhərinə gedən təyyarə uçduqdan 13 dəqiqə sonra radarlardan itib. Sonradan təyarənin Yava adasının qərb sahillərində dənizə düşdüyü məlum olub.

 

Artıq təyyarənin qəzaya uğradığı yer əraziyə göndərilmiş helikopter və üç gəmi tərəfindən aşkar edilib. Hazırda ölən və yaralananlar haqqında məlumat yoxdur.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar