SON XƏBƏRLƏR

XİN ingilis nazirin səfirliyə hucumu “fikir azadlığı” adlandırmasına etiraz etdi

2022.08.16, 06:19
XİN ingilis nazirin səfirliyə hucumu “fikir azadlığı” adlandırmasına etiraz etdi

Gunaz.tv

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

“O ki, qaldı “fikir azadlığının ifadə edilməsinə”, Londondakı səfirliyimizə hücumla heç bir əlaqəsi olmayan bu prinsipin azad cəmiyyətdə tətbiq edilməsi yollarına, qaydalarına yəqin ki, qədim Qərb demokratiyası olan Britaniyanın müvafiq qurumları yaxşı bələddirlər.

Əks təqdirdə, hər hansı radikal və qeyri-qanuni addımın “azadlıq” pərdəsi altında şərh edilməsi ölkə təhlükəsizliyinə ciddi problemlər yarada bilər.

Öz tərəfimizdən, Londondakı səfirliyimizə qarşı təxribatın ətraflı şəkildə araşdırılacağını və bu təxribatı törədənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyirik”.

Xatırladaq ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Qraham Stüart Azərbaycanın Londondakı səfirliyindəki insidentlə bağlı Azərbaycanın səfiri Elin Süleymanovla görüşüb və nazir hadisənin baş verməsindən dərin təəssüf hissi keçirdiyini bildirib:

Bununla yanaşı nazir bildirib ki, Böyük Britaniya ifadə azadlığı hüququnu dəstəkləmək ənənəsinə malikdir, lakin bu, dinc və qanuni nümayişlər vasitəsilə həyata keçirilməlidir. (azpost.info)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar