SON XƏBƏRLƏR

İngilis polisi ."uçan boşqab"la toqquşdu

2021.10.20, 07:36
İngilis polisi ."uçan boşqab"la toqquşdu

Gunaz.tv
İngilis polisi "uçan boşqab"la toqquşdu Britaniyanın Kardiff şəhəri yaxınlığında naməlum və qəribə uçan aparat Müdafiə Nazirliyinin "St.Athans" hərbi bazasına dönən polis vertolyotu ilə toqquşub. Qəzanın qarşısını almaq üçün pilot vertolyotu yana "qaçırıb" və bundan sonra uçan naməlum obyekti (UNO) təqib edib. Cənubi Uels polis departamentinin yetkilisi deyib: "Pilotlarımızın qəribə uçan aparat gördüyünü təsdiqləyə bilərik. Bu barədə artıq hakimiyyət dairələrinə xəbər verilib. Biz pilotlara tam inanmırıq, lakin onlar and-aman edirlər ki, UNO ilə toqquşmadan güclə qurtulublar". Vertolyotda olmuş üç polis UNO-nu təsvir edib. Onların sözlərinə görə, uçan aparat böyük sürətlə vertolyota doğru hərəkət edib. Sonra təqib başlayıb. "Bristol kanalının üstündən keçib Şimali Devona qədər uçduq, Amma bu zaman obyekti itirdik və yanacaq doldurmaq üçün geri uçduq", - polislər bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar