SON XƏBƏRLƏR

İngiltərə: “İranın iki tankerin partladılmasında əli olmasını qəbul etməməyə səbəbimiz yoxdur”

2021.10.20, 07:36
İngiltərə: “İranın iki tankerin partladılmasında əli olmasını qəbul etməməyə səbəbimiz yoxdur”

Gunaz.tv

GünAz TV: İngiltərənin Xarici İşlər Naziri Ceremi Hant Amerika Birləşmiş Ştatlarının Oman dənizində 2 tankerdə baş vermiş partlayışda İranı ittiham etməsini qəbul etməməyə heç bir səbəblərinin olmadığını deyib.

 

O, ölkəsinin hadisə ilə bağlı təhqiqatlar aparacağını da vurğulayıb. Hant qeyd edib ki, ABŞ partlayışla bağlı iddialarında kifayət qədər sübutlar təqdim edib və İngiltərə bunları görməzdən gələ bilməz.

 

Qeyd edək ki, ötən gün Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Oman dənizində iki gəmidə baş vermiş partlayışdan sonra bildirmişdi ki, ölkəsinin ilkin araşdırmaları bu hücumun İran tərəfindən həyata keçirildiyini göstərir.

 

ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı videoda isə “Sepah” terror təşkilatının patrul qayıqlarından birinin hadisədən qısa müddət sonra partlamış gəmiyə yaxınlaşdığı görünür. “Sepah” qayığı gəmidən partlamamış minanı çıxarıb, gəmidən uzaqlaşır.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar