SON XƏBƏRLƏR

İngiltərə körfəzə yeni hərbi gəmi göndərir

2021.10.20, 07:36
İngiltərə körfəzə yeni hərbi gəmi göndərir

Gunaz.tv

GünAz TV: İngiltərənin Müdafiə Nazirliyi körfəzə yeni hərbi gəmi göndərəcəyi ilə bağlı bəyanat yayıb.

 

Bəyanata əsasən, “HMS Montrose” və “HMS Duncan”dan başqa, qarşıdakı aylarda “HMS Kent” hərbi gəmisi də körfəzə göndəriləcək.

 

Gəminin ezam edilməsiylə bağlı yayılan bəyanatla birlikdə İngiltərə Xarici İşlər Nazirliyinin sözçüsü “dini lider” Xamneyinin bu ölkəyə qarşı təhdidinə cavab verib. Sözçü qeyd edib ki, İranla Qərb arasında gərginliyin artması heç kimin mənafeyinə xidmət etmir.

 

Xatırladaq ki, Xamneyi iyulun 16-da İngiltərə tərəfindən İranın Suriyaya neft daşıyan tankerinin saxlanmasını “dəniz quldurluğu” adlandırmış və bunun “cavabsız qalmayacağını” demişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar