SON XƏBƏRLƏR

İngiltərə: “Oman dənizindəki hücum Sepah tərəfindən həyata keçirilib”

2021.10.20, 07:36
İngiltərə: “Oman dənizindəki hücum Sepah tərəfindən həyata keçirilib”

Gunaz.tv

GünAz TV: İngiltərənin Xarici İşlər Naziri Ceremi Hant Oman dənizində iki neft tankerinə qarşı baş tutmuş terror hücumunun “Sepah” terror təşkilatı tərəfindən həyata keçirildiyini bəyan edib.

 

O, bu addımın bir daha İranın region ölkələri üçün ciddi təhdid olan dağıdıcı siyasətinin bariz nümunəsi olduğunu deyib.

 

İngiltərən xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, ölkəsinin müstəqil şəkildə apardığı tədqiqatların nəticələri “Sepah”ın bu hücumu həyata keçirdiyini söyləməyə əsas verir.

 

Xatırladaq ki, iyunun 13-də Oman dənizində iki neft tankerinə qarşı hücum həyata keçirilmişdi. Həmin gün axşam saatlarında ABŞ Hərbi Dəniz Qüvvələri “Sepah” terror təşkilatına məxsus patrul qayığının gəmilərdən birinə yaxınlaşıb, partlamamış minanı çıxarmasını əks etdirən video yaymışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar