SON XƏBƏRLƏR

İngiltərədən xəbərdarlıq: “İrana bağlı qüvvələr Avropada terrora hazırlaşır”

2021.10.20, 07:36
İngiltərədən xəbərdarlıq: “İrana bağlı qüvvələr Avropada terrora hazırlaşır”

Gunaz.tv

GünAz TV: Britaniyanın xüsusi xidmət orqanları İrana bağlı terroristlərin Avropa və Britaniyada terror aktları həyata keçirməyə hazırlaşdıqları barədə xəbərdarlıq edib.

 

“Daily Telegraph” qəzetində bu xüsusda dərc edilən məqalədə qeyd edilir ki, bu İrana bağlı mütəşəkkəl cinayətkar qrupların Britaniyanın terror təşkilatları siyahısına saldığı Livan Hizbullahıyla əlaqələri var.

 

Məqalədə həmçinin bildirilir ki, rəsmi Londonla Tehran arasında gəmilərin saxlanmasına görə yaşanan ziddiyyətlər səbəbindən İran tərəfindən idarə edilən terrorçuların İngiltərə və Avropada terror hücumları həyata keçirməyə hazırlaşdıqları barədə əsaslı ehtimallar mövcuddur.

 

Britaniyanın Mİ5 və Mİ6 adlı xüsusi xidmət orqanları İranı Rusiya və Çindən sonra bu ölkənin təhlükəsizliyinə qarşı əsas təhdid adlandırıblar. Bu qurumlar xüsusilə də “Sepah” terror təşkilatı tərəfindən Britaniyaya məxsus gəminin saxlanmasından sonra İrana bağlı terroristlərin Avropa ölkələrində terror hücumları planlaşdırdıqları barədə məlumatlarının olduğunu deyiblər.

 

Xatırladaq ki, 2015-ci ildə Britaniyada İranın maliyyələşdirdiyi Hizbullah təşkilatının üzvləri terror hücumuna hazırlıq görən zaman həbs edilmişdilər. Onlar ölkədə partlayışlar törətmək üçün bir neçə ton partlayıcı maddə depolamışdılar.

 

Bundan başqa, İran dəfələrlə Hizbullah terroristlərini istifadə etməklə, İngiltərə ərazisində partlayışlar törətməyə çalışıb, lakin hər dəfə bu planlar uğursuzluqla nəticələnib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar