SON XƏBƏRLƏR

Finlandiya Məhsa Əmininin ölümü ilə bağlı beynəlxalq araşdırma tələb edib

2022.10.07, 10:45
Finlandiya Məhsa Əmininin ölümü ilə bağlı beynəlxalq araşdırma tələb edib

Gunaz.tv

Bu barədə Finlandiyanın Xarici İşlər Nazirliyi oktyabrın 6-ı axşamı öz tviter hesabında yazıb.

Qeyd olunub ki, Peka Havisto Hüseyn Əmirabdullahian ilə telefon danışığında İranda dinc nümayişçilərə qarşı gücdən istifadənin qeyri-adekvat olmasından narahatdır.

XİN Əmininin ölümü ilə bağlı müstəqil beynəlxalq araşdırma tələb edib. 

Qeyd edək ki, İran hökuməti 22 yaşlı qadının ölümündən sonra polis əməkdaşlarının onunla pis rəftar etmədiyini iddia edir.

Ancaq iddialara baxmayaraq, polis Məhsa Əmininin həbsi ilə bağlı tam sənədləri, o cümlədən polis kameraları tərəfindən çəkilmiş videoların tam versiyasını hələ ictimaiyyətə açıqlamayıb.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar