SON XƏBƏRLƏR

“İnqilab himnləri” müğənnisi Mehrabad hava limanında narkotik maddəylə birlikdə həbs edilib

2021.10.20, 07:36
“İnqilab himnləri” müğənnisi Mehrabad hava limanında narkotik maddəylə birlikdə həbs edilib

Gunaz.tv

GünAz TV: “Sepah” terror təşkilatına yaxın olan və “inqilab himnləri” oxumaqla məşhurlaşan Hamed Zamaninin narkotik maddəylə birlikdə saxlandığı barədə məlumat yerli media orqanları tərəfindən təsdiqlənib.

 

İran mediasında dərc edilən xəbərlərə əsasən, müğənninin polis bölməsində ifadəsi alınıb. Məlumatlarda həmçinin qeyd edilir ki, “Sepah”a və İran “dini lider”i Əli Xamneyiyə yaxın olan Hamed Zamaninin saxlanmasına səbəb Mehrabad hava limanında onun üzərində narkotik vasitə aşkarlanması olub.

 

Sosial şəbəkələrdə müğənninin tutulan zaman polislərlə əlbəyaxa dava etdiyi əks olunan videolar da paylaşılıb.

 

Müğənninin meneceri Hüseyn Pirəli “Mizan” agentliyinə məsələ ilə əlaqəli danışan zaman onun polislərlə dalaşmağını təkzib etməyib:

 

“Ötən həftənin 4-cü günü (25 iyul-red) yaranmış problem elə həmin günün axşamına qədər həll olundu və hazırda Hamed Zamaninin vəkili məsələ ilə məşğul olur”- deyə menecer əlavə edib.

 

“İsna” xəbər agentliyi isə dünən yaydığı məlumatda müğənninin izahat vermək üçün Mehrabad hava limanının polis şöbəsinə aparıldığı barədə xəbər yaysa da, onun nə üçün izahat verməli olduğu barədə heç bir məlumat verməyib. Xəbərdə Hamed Zamaninin hazırda azadlıqda olduğu yazılıb.

 

Qeyd edək ki, kəskin siyasi və “dini lider” Əli Xamneyinin təqdir etdiyi şerlər oxumaqla məşhur olan Hamed Zamanini mühafizəkarlara məxsus media qurumları “inqilab müğənnisi” adlandırırlar.

 

Xüsusilə də, Hamed Zamani 2013-cü ildə Amerikanın Şah dövründə Tehranda yerləşən səfirliyinin önündə “Amerikaya ölüm” mahnısı oxumaqla məşhurlaşmışdı. O, bundan sonra “dini lider” Əli Xamneyi ilə görüşmüşdü.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar