İnsan Haqları Cəmiyyəti Abbas Lisani ilə bağlı açıqlama yaydı: "Təcili müalicə olunmalıdır"-VİDEO

2021-06-13 18:42

"Ərk"-Azərbaycan.İnsan Haqları Cəmiyyətinin rəhbəri Jalə Təbrizli aclıq aksiyasına başlamış Abbas Lisani ilə bağlı açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

Günaz.TV-ə verdiyi müsahibədə Jalə Təbrizli Ərdəbil və Tehran həbsxanalarında saxlanılan iki Güney azərbaycanlı məhbus: Abbas Lisani və Əlirza Fərşi səhhətinin ağır olduğunu bildirib, onların tibbi məzuniyyətə göndərilməsini zəruri hesab edib.


"Azərbaycanlı siyasi məhbuslar təcili müalicə olunmalıdır. Beynəlxalq konvensiyalara görə hər bir məhbus insan hüquqlarına malikdir və həbsxana məsulları onların sağlamlıqlarının təmin olunması üçün məsuliyyət daşıyırlar"-deyə, Jalə xanım Təbrizli bildirib.


Jalə Təbrizli bildirib ki, milli mədəni fəallar ciddi şəkildə müayinə və müalicə olunmalıdır: "Əlirza Fərşinin gözü müalicə olunmayıb, Abbas Lisani isə xəstədir. O, koronavirusa yoluxduğu vaxtda da məzuniyyətə buraxılmayıb. Hər iki fəal ağır şəraitdə saxlanılırlar və təcili olaraq tibbi müalicəyə ehtiyacları var”.


Hüquq müdafiəçisi əlavə edib ki, Abbas Lisani bel və diz ağrılarından əziyyət çəkir və hərəkət edə bilmir. Həkimlər onun həbsxanadan kənar xəstəxanada müalicə almasının vacibliyini bildirsələr də zindan məsulları buna imkan vermirlər. 

Bununla yanaşı ağır cinayətlər törətmiş şəxsləri onun kamerasına köçürərək ona qarşı psixi və mənəvi təzyiq göstərirlər.


Qeyd edək ki, Abbas Lisani iyunun 12-i səhər tezdən aclıq aksiyasına əl atıb və bu gün 13 iyundan etibarən quru aclıq aksiyasına başlayacağını bildirib.


O, ağır cinayətlər törətmiş məhkumların siyasi məhbusların kameralarına köçürülməsinə, həbsxana rəhbərliyinin siyasi məhbuslara qarşı təzyiqlərinə etiraz olaraq aksiyaya başlayıb. Lisani belə məhkumların siyasi məhbusların saxlanıldığı bölmələrə köçürülmələrinin dayandırılmasını tələb edir.


Abbas Lisaniyə dəstək məqsədilə siyasi məhbus Yusif karinin aclıq aksiyasına əl atmasından sonra Ərdəbil həbsxanasında saxlanılan daha üç Güney azərbaycanlı siyasi məhbus bu gün səhər saatlarından aclıq aksiyasına başlayayıblar.


Mehrdad Şeyxi, Rza Vasiqi və Əli Vasiqi, Abbas Lisaninin irəli sürdüyü istəklərə dəstək və onunla həmrəylik məqsədilə bu gün iyunun 13-ü səhər saatlarından aclıq aksiyasına qoşulublar.


Onlar Abbas Lisaninin aclıq aksiyasını davam etdirdiyi müddətcə onu yalnız buraxmayacaqlarını və aksiyalarını davam etdirəcəklərini deyiblər.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmunun “Urumdəşt” zavodunun işçiləri narazıdır: 15 ildir əmək haqları verilmir

2021-08-04

gun az article

Urmu həbsxanasında daha bir məhbus edam ediləcək

2021-08-04

gun az article

Qaşqay bölgəsində yanğın dəhşəti: Bir ailənin 3 üzvü həlak oldu-VİDEO

2021-08-04

gun az article

Urmu və Ərdəbildə yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmır

2021-08-04

gun az article

Güney Azərbaycanda məktəb binaları çatışmır: Xeyriyyəçi iş adamları daha 3 məktəbin tikintisinə başlayıb

2021-08-04

gun az article

Sel və daşqın Qəzvin yollarına 20 milyard tümən ziyan vurub

2021-08-04

gun az article

İranda virus tüğyan edir: Xəstəxanalarda yer çatışmır, ölənlər kütləvi məzarlıqda basdırılır

2021-08-04

gun az article

Güney Azərbaycanda ekoloji böhran böyüyür: 4 göl quruyub-FOTOLAR

2021-08-04

gun az article

Tufarqanda güclü yanğın: 7 nəfər xəsarət alıb-VİDEO

2021-08-04

gun az article

Urmuda avtobus sürücüləri tətilə başladı

2021-08-04

gun az article

Milli fəal Behnam Şeyxinin iki illik sürgün cəzası başlayıb

2021-08-04

gun az article

GünazTV Aug.03.2021-Özümüz: Azərbaycan Sözünün Anlamı və Coğrafiyası

2021-08-03

gun az article

GünazTV Aug.03.2021-GÜNDƏM MASASI: Türkiyədə meşə yanğınları və İrançı-farsların tutumu

2021-08-03

gun az article

GünazTV August.01.2021: HƏFTƏ SONU 7-Cİ BÖLÜM

2021-08-03

gun az article

Zənganın 170 kəndində insanlar içməli su tapmır

2021-08-03

gun az article

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

2021-08-03

gun az article

Marağada 9 milyon illik heyvan fosilləri aşkar edilib

2021-08-03

gun az article

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

2021-08-03

gun az article

Qəzvində və Qərbi Azərbaycanda sel fəlakəti: 6 nəfər həlak olub

2021-08-03

gun az article

ETTELAAT Türkiyədə yaşayan culfalı xanımı şərləmək istəyir

2021-08-03