İnsan hüquqları cəmiyyəti: Təhsildə qarşılaşdığınız ədalətsizlikləri paylaşın + VİDEO

2020-09-24 13:21

Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti azərbaycanlı ailələrdən təhsil sahəsindəki ədalətsizliklərə qarşı sakit qalmamalarını istəyib.

Gunaz.tv Quote | Gunaz article

BMT-nin Cenevrədəki qərargahında Güney Azərbaycan millətinin hüquqları uğrunda fəaliyyət göstərən cəmiyyət təhsil və uşaqlar haqqında video yayımlayaraq İranın təhsil sistemində qeyr-fars uşaqlara qarşı yola verilən ayrı-seçkiliyə diqqət çəkib.

 

İrandakı məktəblərin acınacaqlı vəziyyətini əks etdirən videoda ailələrdən istənilib ki, təhsil sahəsində tətbiq edilən "hər hansı bir bərabərsizli" bildirsinlər.

 

 

Ərk cəmiyyəti azərbaycanlı uşaqların ana dilində təhsil almaq hüququndan məhrum edildiyinə diqqət çəkərək bunun insan hüquqları pozuntusu olduğunu vurğulayıb.

 

Videoda həmçinin qeyd edilib ki, uşaqlar xüsusilə koronavirus pandemiyasının geniş yayıldığı dövrdə başqa məhdudiyyətlər və məhrumiyyətlərlə də üzləşib.

 

Buna misal olaraq yoxsul və az gəlirli ailələrin həmin dövrdə tətbiq edilən uzaqdan təhsil sistemindən istifadə edə bilmədikləri göstərilib.

 

Ailələr təhsil sahəsində qarşılaşdıqları ədalətsizlikləri, eləcə də insan hüquqları pozuntusu hallarını Ərk cəmiyyətinin İnstagram Telegram səhifələrinə bildirə bilərlər:

@ArcHumanRights

 

Güney Azərbaycanın bir çox bölgəsində azgəlirli ailələrin uşaqları Təhsil Nazirliyinin onlayn dərslərində iştirak edə bilmir.

 

Bir müddət əvvəl İran rəsmiləri Həmədan əyalətində tələbələrin 30-40 faizinin yoxsulluq üzündən koronavirus dövründə tətbiq olunan virtual təhsil imkanlarından istifadə edə bilmədiyini açıqlamışdı.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbriz Tibb Elmləri Universiteti dünyanın ən yaxşıları siyahısında

2021-05-10

gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09

gun az article

Germidə dəhşətli yol qəzası: 5 nəfər həlak olub

2021-05-09

gun az article

Siyasi məhbus Əlirza Fərşi məzuniyyətə buraxılıb

2021-05-08

gun az article

Zənganlı gənc həbsxanada işgəncə ilə öldürülüb-​​​​​​​Hüseyn Kəbutərinin meyiti su bəndində tapılıb

2021-05-08

gun az article

Həmədanda məktəblilər etiraz aksiya keçirib-VİDEO

2021-05-08

gun az article

Qoşaçayda vəzifəli şəxs oruc tutmayan vətəndaşı öldürməyə cəhd edib-VİDEO

2021-05-08

gun az article

Mərənddə tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-08

gun az article

Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi

2021-05-08

gun az article

Güclü yağış Təbrizdə həyatı iflic etdi: Evlər, dükanlar su altına qaldı-VİDEO

2021-05-08

gun az article

Təbrizdə narazılıq: Divarlara etiraz şüarları yazıldı-FOTOLAR

2021-05-08

gun az article

GünazTV May.07.2021-Azadlıq səsi: Vətənpərvərlik, Azərbaycançılıq

2021-05-07

gun az article

GünazTV May.07.2021: Körpü: İran Şövonizminin Quzey Azərbaycan'da Təxribatçı Cəhdləri

2021-05-07

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-07

gun az article

Güneyli qadın avarçəkənlər bürünc medal qazanıb

2021-05-07

gun az article

Zəngan şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçirib

2021-05-07

gun az article

"Allah ona ağıl versin"-İran Güləş Federasiyasının başçısı azərbaycanlı atleti təhqir etdi-VİDEO

2021-05-07

gun az article

Amerikanın İran siyasəti dəyişir?: “Artıq dərk edirlər ki, İran təkcə fars deyil”-İstiqlalçı millət vəkili

2021-05-07

gun az article

Tikantəpədə həbslər olub- 2 milyardlıq cinayət

2021-05-07

gun az article

Zənganda yaşı 3 min il olan tarixi əşyalar tapıldı

2021-05-07