İnsan hüquqları üzrə fəaliyyət göstərən 12 təşkilat Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyiblər

2020-07-29 11:43

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti və Hərana başda olmaqla insan hüquqlarının müdafiəsi ilə məşğul olan 12 təşkilat birgə bəyanat yayaraq tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin qeyd-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.

Gunaz.tv Quote | Gunaz article

Ərk və Hərananın təşəbbüsü ilə tərtib edilən bəyanat Əhraz (İranda azərbaycanlıların insan hüquqları dərnəyi), İranda Hamı Üçün İnsan Hüquqları, Bəluc Fəallar Kampaniyası təşkilatı, KMMK-G(İran Kürdüstanı İnsan hüquqları cəmiyyəti), Impact Iran, Üçüncü Sahə (Ərseye Sevvom), İran İnsan Hüquqları Cəmiyyəti, Açıq Beynəlxalq Təşəbbüs, Əbdürrəhman Burumənd Fondu və Siyamək Purzənd Fondu tərəfindən imzalanıb.

 

 

Bəyanatı imzalayan təşkilatlar Abbas Lisani barəsində çıxarılan hökmü pisləyərək azərbaycanlı türk fəallara göstərilən təzyiqləri qınayıblar.

 

 

Həmçinin İran hökumətindən Abbas Lisaninin ailəsinə göstərilən təzyiqlərin dayandırlması tələb olunub.

 

 

Bəyanatda fikir və ifadə azadlığına hörmət göstərilməsinin zərurəti vurğulanaraq İranda dinc yollarla Azərbaycan Türklərinin və digər etnik qrupların hüquqları uğrunda çalışan vicdan məhbuslarının qeyd-şərtsiz azadlığa buraxılmaları istənilib.

 

 

“İran hakimiyyətini İrandakı dini və etnik qruplara qarşı ayrı-seçkiliyə dərhal son qoymağa və İranın beynəlxalq öhdəlikləri çərçivəsində onların mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının təmin olunmasına çağırırıq,” deyə bəyanatda bildirilib.

 

 

Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb. Hazırda Ərdəbil zindanının 7-ci korpusunda saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.

 

 

Xatırladaq ki, son günlərdə İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri, siyasi fəallar və insan hüquqları təşkilatları Abbas Lisaniyə qarşı çıxarılan hökmə reaksiya göstərərək bu hökmün ləğv edilməsini istəyiblər.

  

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu seçki siyahısı yayınladı

2021-06-17

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Təbrizdə türk dilininin inkişafı ilə bağlı vədlər verdi

2021-06-17