SON XƏBƏRLƏR

İnsanların müdafiəsi, Suveren Dövlətlər və hərbi müdaxilə

2021.10.20, 07:36
İnsanların müdafiəsi, Suveren Dövlətlər və hərbi müdaxilə

Gunaz.tv
İnsanların müdafiəsi, Suveren Dövlətlər və hərbi müdaxilə golbal_warming_new.jpg İnsanların müdafiəsi, Suveren Dövlətlər və hərbi müdaxilə “İnsanların müdafiəsi ilə bağlı cavabdehlik 2005-ci ildə keçirilən dünya sammitində öz formal təsdiqini almışdı. Orada deyilmişdi ki, bütün hökumətlər mülki şəxsləri, onlar soyqırım, müharibə cinayətləri, insanlığa qarşı cinayətlərlə üz-üzə olduqları zaman qorumağa məsuliyyət daşıyırlar. Yəni kənardakı hökumətlər bunun qarşısını almalıdırlar və lazım olduğu zaman bu hallara reaksiya verməlidirlər.” Günahsız insanlar yaşadıqları ölkə hökumətinin atdığı qeyri-humanist addımlar ucubatından öldürüləndə və uşaqlar aclıqla üz-üzə qalanda bu hadisələri izləyən dünya ictimaiyyətinin reaksiyası belə olur: nə isə etmək lazımdır, dünya müdaxilə etməlidir. Bu yaxınlarda Nərgiz qasırğasının qurbanlarına xarici yardımın göstərilməsinə mane olan Birma hökumətilə bağlı da belə olmuşdu. Sudanın darfur əyalətində baş verənlər, Zimbabvedəki son hadisələr də indi eyni reaksiya ilə qarşılaşır. BBC şərhçisi Sebastyan Uşer, ölkələri ciddi insan haqları pozuntularına yol verən dövlətlərə xarici hərbi müdaxilənin lehinə və əleyhinə olan arqumentlərə nəzər salıb və maraqlı nəticələr ortaya çıxıb. BBC şərhçisinin Zimbabvedəki vəziyyətlə bağlı ABŞ dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Cendai Freyzaya verdiyi “Hansı məqamda belə qərara gəlirsiz ki, hərbi müdaxilə yeganə həll yoludurmu” sualına diplomat belə cavab verib: “Düşünürəm ki, bizim diplomatik yolla həll etməli olduğumuz çox iş var. İlk dəfədir ki, Amerikanın sədrliyi altında BMT Təhlükəsizlik Şurası rəsmən Zimbabve məsələsini müzakirə edir. Bu yalnız birinci addımdır. Ancaq fikrimcə, danışıqlar bizim bu mərhələdə etməli olduğumuz ilk işdir”. Amerikalı diplomat deyib ki, Zimbabvedə insanlara bu gün ehtiyac duyduqları müdafiə yoxdur: “Öz hökumətləri onları döyür, öldürür. Yəni Zimbabvedə insanların bu gün müdafiəyə ehtiyacı var”. BBC şərhçisi qeyd edir ki, Cendai Freyzerin ehtiyatlı cavabı beynəlxalq ictimaiyyətin Zimbabve kimi kənarda yerləşən ölkənin daxili problemlərilə dərindən məşğul olmağa könülsüzlüyünü əks etdirir. Nyu Yorkdan, “Human Rayts Watch” təşkilatından Stiv Kroşo deyib: “İnsanların müdafiəsi ilə bağlı cavabdehlik 2005-ci ildə keçirilən dünya sammitində öz formal təsdiqini almışdı. Orada deyilmişdi ki, bütün hökumətlər mülki şəxsləri, onlar soyqırım, müharibə cinayətləri, insanlığa qarşı cinayətlərlə üz-üzə olduqları zaman qorumağa məsuliyyət daşıyırlar. Yəni kənardakı hökumətlər bunun qarşısını almalıdırlar və lazım olduğu zaman bu hallara reaksiya verməlidirlər.” Kroşonun dediyinə görə, bu razılaşmanı qoruyub saxlamaq məsələsi mübahisəlidir, çünki həmin razılaşmada deyilir ki, beynəlxalq ictimaiyyət lazım gəldiyi zaman əzilmək riski qarşısında olan insanları qorumaq üçün güc tətbiq etməyə məsuliyyət daşıyır. Ancaq təəccüblü deyil ki, bu razılaşma hələ təcrübədən keçirilməyib. İrəli atılan bir addım odur ki, baş katib Pan Ki Mun bu məsələ ilə bağlı xüsusi məsləhətçi təyin edib. Onun rolunun bir hissəsi məhz risk qarşısında olan mülki şəxslərin qorunması məsələsində irəliləyişə dair konsensusu gündəliyə çıxarmaqdır. Həmin xüsusi nümayəndə Nyu Yorkdakı Kolumbiya Universitetinin professoru Edvard Lakdır. O deyib ki, güc vasitəsilə insanların qorunması naminə müdaxilə işləri üçün leqal baza mövcuddur. Stiv Kruşo deyir ki, hərbi gücdən istifadə yalnız son əlacdır. “Bəzən müzakirələr zamanı heç nədən hərbi müdaxiləyə qərar verirlər. Bütün hərbi müdaxilələrdən öncə düşünmək lazımdır. Bu məsələdə bütün öncəki uğursuzluqlar təhlil olunmalıdır”. Zimbabveyə mümkün hərbi müdaxilə barədə söhbətlərə baxmayaraq, bunun həyata keçirilməsi bir qədər qaranlıq görünür. Əvəzində isə beynəlxalq ictimaiyyət ümid edir ki, prezident Muqabeyə kifayət qədər təzyiq göstərə bilər və danışıqlar yolu ilə həll güc tətbiq etmədən mümkün ola bilər. Lakin Muqabenin hökuməti elan edib ki, Qərbin çağırışlarının bir qəpiklik də qiyməti yoxdur. BBC-nin məlumatına görə, Zimbabve prezidentinin sözçüsü Corc Çaramba Qərb tərəfindən mübahisəli prezident seçkilərinin tənqidini rədd edib. Afrika İttifaqı sammitində o deyib ki, Qərbin vəziyyət barədə fikir söyləmək hüququ yoxdur. Çaramba “Qərb getsin hoppansın” mənasını verən ifadə ilə öz fikrini tamamlayıb. butovaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar