SON XƏBƏRLƏR

Minsk qrupu Qarabağla bağlı bəyanat verdi

2021.12.03, 08:23
Minsk qrupu Qarabağla bağlı bəyanat verdi

Gunaz.tv

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiyanın Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyi ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr tərəfindən müsbət qarşılanır.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələr kimi Rusiya, ABŞ və Fransanın nazirləri Qarabağ nizamlanmasına dair bəyanat qəbul ediblər”.

Nazir əlavə edib ki, Rusiya ATƏT Nazirlər Şurasının cari sessiyasının daha zəngin nəticələrini, o cümlədən 10 ildən artıqdır qəbul olunmayan siyasi bəyannaməni görmək istərdi. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar