SON XƏBƏRLƏR

İnternetdə inqilabi dəyişiklik.MİLLİ DOMEN ADLARINDA AZƏRBAYCAN HƏRFLƏRİNDƏN İSTİFADƏ OLUNACAQ

2021.10.20, 07:36
İnternetdə inqilabi dəyişiklik.MİLLİ DOMEN ADLARINDA AZƏRBAYCAN HƏRFLƏRİNDƏN İSTİFADƏ OLUNACAQ

Gunaz.tv
İnternetdə inqilabi dəyişiklik MİLLİ DOMEN ADLARINDA AZƏRBAYCAN HƏRFLƏRİNDƏN İSTİFADƏ OLUNACAQ domeyn240608.jpg Yaxın illərdə beynəlxalq İnternet ünvanları sistemində ən böyük inqilabi dəyişiklik baş verə bilər. "APA-Economics"in məlumatına görə, dünən Parisdə işə başlayan İnternet üzrə tənzimləyici qurumların iclasında sürətlə inkişaf edən veb-şəbəkənin gələcəkdə həddən artıq "doymasının" qarşısını almaq üçün mümkün tədbirlər müzakirə edilir. Belə ki, müzakirəsi aparılan ən dramatik dəyişiklik domen sonluqlarının müxtəlifləşdirilməsi yolu ilə internet ünvanların sonsuza qədər artırılması ideyasıdır. İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyasının (İCANN) təşkilatçılığı ilə keçirilən tədbirdə veb-şəbəkənin qarşıdakı illərdə indiyədək mövcud olan domen sufiksləri (*.com, *.net, *.info və s.) kimi neytral adlar və ölkələrin milli domenləri (*.az, *.ru və s.) ilə yanaşı *.xxx sonsuz formatlı (məsələn, *.asia, *.baku, *.paris və s.) istənilən toponim və adlarla domen sonluqlarının istifadəyə verilməsi də müzakirə olunan məsələlər arasındadır. Bu sistemin tətbiqi şirkətlərə və fiziki şəxslərə müxtəlif adları domenləşdirməyə imkan verəcək. Bundan başqa, təkliflərin qəbul ediləcəyi halda domenlər təkcə ingiliscə deyil, digər dillərdə, o cümlədən ərəb, kiril və digər əlifbaların hərfləri ilə yazıla biləcək. Bu baxımdan, Rusiya artıq kiril əlifbasının tətbiqi ilə bağlı təkidli müzakirələr aparır. Belə inqilabi dəyişiklikləri zəruriləşdirən ildən-ilə sürətlə İnternet şəbəkəsinin genişlənməsi nəticəsində 17 faiz boş qalmış yerin yaxın 4-5 ildə tam tükənəcəyinə dair aparılmış hesablamalardır. Bundan başqa, hazırda istifadə olunan İPv4 sisteminə əlavə olaraq İPv6 sisteminin tətbiqi trilyonlara yeni İnternet ünvanı yaratmağa imkan verəcək. Lakin analitiklər hesab edirlər ki, dövlət orqanları bu sistemdən İnternet üzərində nəzarəti gücləndirməsi üçün sui-istifadə edə bilər. Məlumat üçün bildirək ki, qlobal şəbəkədə hər bir iştirakçının ayırd edilməsi, məsələn elektron poçtla göndərilən məktubun məhz ünvanlanan şəxsə çatması üçün Domen Ad Sistemi (Domain Name System - DNS) adlanan elə bir ad və nömrələr sistemi yaradılıb ki, burada hər kəsin öz unikal İP nömrəsi var. Domen Ad Sisteminin yaradılması nəticəsində yadda saxlanması və təkrar istifadəsi çətin olan qarışıq nömrələrin asan yadda qalan adlarla əvəzlənməsi və İnternetdən hamı tərəfindən istifadəsi üçün imkan yaradıb. 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar