SON XƏBƏRLƏR

İnzibati ərazi bölgüsü üzrə mütəxəssis Qərbi Azərbaycan valisinin müavini təyin olunub

2021.10.20, 07:36
İnzibati ərazi bölgüsü üzrə mütəxəssis Qərbi Azərbaycan valisinin müavini təyin olunub

Gunaz.tv

GünAz TV: İran Daxili İşlər Nazirliyi tərəfindən Qərbi Azərbaycanın yerli olmayan valisi Məhəmməd Mehdi Şəhriyariyə yeni müavin təyin olunub.

 

Daxili işlər naziri Əbdulrza Rəhmani Fəzlinin ötən günlərdə imzaladığı əmrlə Əli Müstəfəvi ictimai, siyasi və təhlükəsizlik məsələləri üzrə Qərbi Azərbaycan valisinin müavini təyin olunub.

 

Əli Müstəfəvi inzibati ərazi bölgüsü, həmçinin əyalət, məntəqə və şəhərlərə yeni statusun verilməsi üzrə mütəxəssisdir.

 

Əli Müstəfəvi bundan əvvəl Məhəmməd Mehdi Şəhriyari tərəfindən Qərbi Azərbaycan Valiliyinin inzibati ərazi bölgüsü, seçkilər və siyasi məsələlər üzrə bölümünün rəisi postuna təyin olunmuşdur. Onun əsas vəzifəsi deputatlıq və Şəhər Şurasına namizədliyini irəli sürənlərin səlahiyyətini araşdırmaq, Qərbi Azərbaycanda yeni şəhər və məntəqə statuslarının verilməsi ilə bağlı araşdırma aparıb və nəticəni Daxili İşlər Nazirliyinə göndərməkdən ibarət olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar